Xərclərə nəzarət üzrə menecer

”RİCON” MMC

Xərclərə nəzarət üzrə menecer

My default image
2003-cü ildən fəaliyyət göstərən, layihələrinin miqyasını genişləndirən, ölkədə qabaqcıl tikinti
şirkətlərindən olan RİCON MMC öz analitik bacarıqlarına, təcrübəsinə güvənən, pozitiv korporativ
mühitdə işləmək istəyən komanda yoldaşı axtarır.
Vəzifə funksiyaları üzrə gözləntilərimiz:
  • Layihələr üzrə xərclərin bölüşdürülməsi və onlara nəzarət;
  • Layihələr üzrə büdcəyə nəzarət
  • Layihələr və məhsullar/xidmətlər üzrə xərclərin/maya dəyərinin formalaşdırılması,
  • inzibati xərclərin bölgüsü əsaslarının hazırlanması
  • Materialların alınması və istifadəsinə nəzarət
  • Tikinti və təmir büdcələrinin cari xərclərlə müqayisəsi, kənarlaşmaları tapmaq və bu
  • kənarlaşmaları izah etmək.
  • Podratçıların xərclərinə nəzarət etmək
  • Gündəlik hesabatların yoxlanması;
  • Pul axınının hərəkət hazırlanması və izlənməsi
  • Xərclərin bölüşdürülməsi, büdcəyə uyğunluğuna nəzarət
  • Büdcə və faktiki rəqəmlər üzrə yaranmış kənarlaşmaların araşdırılması və bunlarla
  • bağlı aylıq, rüblük və illik hesabatların təqdimatı
  • Büdcənin hazırlanması prosesində yaxından iştirak
  • Xərclərin optimizasiyası və səmərəliliyin artırılması istiqamətində daima təkliflərlə
  • çıxış etmək
  • Xərclər hesabatının hazırlanması və izlənməsi
  • Büdcə və pul axınının analizi və hesabatı
  • Qiymət məlumat bazasının hazırlanması və izlənməsi
  • Müqavilələr üzrə təhlil və hesabatlar
  • Satınalma və Maliyyə məlumatlarının təhlili və həmin istiqamətdə hesabatların
  • hazırlanması
Kvalifikasiyaya olan tələblər:
  • Ali təhsil;
  • Müvafiq sahədə ən azı 5 il iş təcrübəsi;
  • MS Office (Word, Excel) yüksək səviyyədə bilmək;
  • 1C sistemində işləməyi mükəmməl səviyyədə bacarmalı;
  • Yüksək səviyyədə analitik-riyazi biliklər;
  • Sənədləşdirmə və yazışma işlərini yüksək səviyyədə bacarmaq;
  • İnşaat norma və qaydalarını bilməlidir;
  • Təşkilat və onun missiyasına yüksək sadiqlik;
  • Üzərinə məsuliyyət götürmək, müstəqil işləmək bacarığı və istəyi, habelə yüksək
  • dürüstlük keyfiyyətləri
İş şəraitimiz:
  • Əmək haqqı müsahibə zamanı müəyyən ediləcək;
  • İş qrafiki 8.00-17.00;
  • Mehriban komanda;
  • Perspektivli iş şəraiti;
  • Şirkətin digər benefitləri
Maraqlanan namizədlərdən CV-lərini mövzu hissəsində vakansiyanın adını qeyd etməklə
[email protected] email ünvanına göndərməkləri xahiş olunur.

Elanın bitmə tarixi: 12.02.2023