Problemli istehlak kreditləri ilə iş üzrə mütəxəssis

Bank Respublika

Problemli istehlak kreditləri ilə iş üzrə mütəxəssis

undefined 

Ümumi vəzifə öhdəlikləri:

  • Təhkim edildiyi filialların problemli kreditlər üzrə müştərilərilə işi təşkil etmək;

  • Problemli kreditlər üzrə müştərilər və onların ailə üzvləri ilə görüşləri təşkil etmək;

  • Məhkəməyə qədər borcu qaytarmayan müştərilərin  faktiki yaşayış ünvanlarını müəyyən etmək;

  • Problemli kreditlər üzrə müştərilərlə aparılan işlər üzrə müvafiq hesabat cədvəlində qeydlər aparmaq.

Namizədə qarşı tələblər:

  • Ali təhsil;

  • Problemli kreditlər üzrə müştərilərlə iş üzrə minimum 1 il təcrübə;

  • Kreditləşmə, maliyyə və hüquq sahəsində təcrübəsi olanlara üstünlük verilir;

  • Dil bilikləri: Azərbaycan dili əla, Rus dili yaxşı səviyyədə arzuolunandır;

  • MS Office (Word, Excel, Outlook) proqramları üzrə biliklər;

  • Məsuliyyətlilik, müstəqil işləmək bacarığı və istəyi, habelə yüksək dürüstlük keyfiyyətləri;

  • Müxtəlif düşüncə və dünyagörüşə malik insanlarla şifahi ünsiyyət qurmaq bacarığı;

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini 29 sentyabr 2023-cü il tarixinədək emailin mövzu hissəsində Problemli istehlak kreditləri ilə iş üzrə mütəxəssis qeyd edərək [email protected] elektron ünvanına göndərə bilər. Əks təqdirdə müraciətlərə baxılmaya bilər.

Həmçinin bildirmək istərdik ki, işəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.

Elanın bitmə tarixi: 30.09.2023