Ödənişlər üzrə mütəxəssis

Sapphire Hotels Group

Ödənişlər üzrə mütəxəssis

700 AZN

My default image 

Ümumi müddəalar:

  • Hazırkı vəzifə təlimatı Ödənişlər üzrə Mütəxəssisin əmək funksiyaları, öhdəlikləri, hüquqları  və ona qarşı tələbləri müəyyən edir.
  • Bu işçi Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada müəssisənin direktoru tərəfindən işə təyin edilir və işdən azad edilir.

Əmək funksiyaları:

Əməkdaş aşağıdakı vəzifələrin yerinə yetirilməsi üçün cavabdehdir:

  • Daxil olan bütün E-qaimə,hesab-fakturaları və səyahət xərclərini qeydə alır. 
  • E-qaimə,hesab-fakturaları göndərilən malların siyahısı və alış əmrləri ilə tutuşdurur. 
  • E-qaimə,hesab-fakturaları alış Aktları ilə tutuşdurur və ödənilməli olan vergiləri dəqiq hesablandığını yoxlayır. Əgər nöqsanlar aşkarlayarsa, əlaqədar şöbələrin başçılarından bu barədə məlumat və düzəliş  aparılmasını tələb edir.  
  • E-qaimə,hesab-fakturaları mühasibatlığa daxil edir və ödəniş əməliyyatlarını onlara əsasən icra edir edir.  
  • E-qaimə,hesab-fakturalara görə ödənişləri  internet bank, beynəlxalq köçürmə və ya çeklər vasitəsilə həyata keçirir. 
  • Hər ayın axırında ödənişi həyata keçirilməmiş və qəbul edilən malların siyahısı ilə müşayiət edilən alış əmrlərinə görə ödənişləri hesablara daxil edir.
  • Müştərilərə borcların vaxtında ödənilməsini təmin etmək.
  • Ayda ən azı bir dəfə ödənişlərlə bağlı görüş keçirmək.
  • Malsatanlara ödənilmiş ƏDV məbləğinin hesabatını dəqiq aparmaq və vergi sisteminə daxil etmək.
  • Xidmət və texniki xidmət müqavilələrinə edilən düzəliş və dəyişikliklərə nəzarət edir. 
  • Ödəniş haqqında yazılı xəbərdarlıqların işlənilməsi və əlaqədar fəaliyyətə nəzarət  etmək.
  • Ödəniş hədəflərinin yerinə yetirilməsini və endirimlərin ümumi məbləğdən çıxılmasını təmin edir
  • Komplektləşdirilməsi tam olaraq başa çatmamış predmetlərin siyahısını heç olmasa həftədə bir dəfə nəzərdən keçirir və nəzarət altında saxlayır.  
  • Hər ayın və ilin axırında görülməli olan işləri başa çatdırır. 
  • Mehmanxanadan göndərilən göndəriş (nəql) xəbərdarlıqlarının izlənməsi və nəzarət altında saxlanması  
  • Mehmanxananın fəaliyyətində yaranmış vəziyyət tələb edərsə, istənilən vaxt və istənilən şəkildə Maliyyə Şöbəsinin istənilən hissəsində işləməyə hazır olmalıdır. 
  • Sahələrdən daxil olan ödəniş qəbzlərini aylıq və illik əsasda səliqə ilə arxivləşdirir. 
  • İngilis dilini lazımi səviyyədə bilir.

Tələblər:

Bu vəzifəyə namizəd olan şəxslər aşağıdakı bilik, bacarıq və qabiliyyətlərə malik olmalı, vəzifəyə aid əsas funksiyaları, vəzifənin icrasını asanlaşdırıcı tədbirlərin həyata keçirilib – keçirilməməsindən asılı olaraq icra edə bildiyini nümayiş etdirməlidir :

  • “Sapphire Hotels Group” MMC şirkətinin bütün sahələrdəki iş strategiyasının   tələblərinə əməl etmək.
  • “Sapphire Hotels Group” MMC şirkətinin tətbiq və müəyyən etdiyi siyasət və proseduralara əməl etmək.
  • İşçi ilə qarşılıqlı razılaşma əsasında bu vəzifə təlimatı, namizədin fəaliyyəti ərzində istənilən vaxt dəyişdirilə və genişləndirilə bilər.
  • 1 C 8.3 bilikləri
  • Müvafiq sahə üzrə 1-3 il iş təcrübəsi

Əmək haqqı: 700 AZN

Müraciət etmək üçün:

Şəkilli CV-nizi [email protected] e-poçt ünvanına göndərməyiniz xahiş olunur. Məktubun mövzu hissəsində vakansiyanı qeyd etməyə unutmayın.

Göstərilən vakansiyaya uyğun gəlməyən namizədlərin CV-lərinə baxılmayacaq!

Elanın bitmə tarixi: 14.10.2022