Ali təhsil (Maliyyə, iqtisadiyyat, mühasibat uçotu)
Dil biliyi: Azərbaycan, Rus
İş təcrübəsi: Mütləq qeyd olunan vəzifədə 1-3 il
Əmək Məcəlləsi və Vergi Məcəlləsi üzrə müvafiq biliklər
ACCA F2,F3 və digər beynəlxalq sertifikatlarının olması üstünlükdür
Kompüter bilikləri: MS Office / Excel, 1C proqramında mükəmməl işləmə bacarığı
Məsuliyyət, dəqiqlik, düzgünlük və etibarlılıq kimi müsbət göstəricilərə sahib olmaq
İş haqda məlumat:
Şirkətin maliyyə-təsərrüfat fəaliyyətinin mühasibat uçotu və hesabat sənədlərində əks etdirilməsi üzrə fəaliyyətini təşkil və nəzarət etməlidir
İstehsal dövriyyəsini və xərclərini, xərclər smetasının hazırlanmasını, məhsulun satışını, iş və
xidmətlərin yerinə yetirilməsini, maliyyə, hesabat və kredit əməliyyatlarının uçotunu təşkil və nəzarət
etməlidir
Maliyyə nizamına ciddi əməl edilməsini, inzibati təsərrüfat və digər xərclərin, debitor borclarının,
çatışmazlıqlarının və digər hesabların mühasibat uçotunda düzgün əks etdirilməsini təmin etməlidir
Tabeçiliyində olan işçilərin şirkətin strukturu və idarəetmə prinsiplərinə, subordinasiya və etika
qaydalarına riayət etmələrini təmin etməlidir
Daxil olan və çıxan pul vəsaitinin uçotunu, mühasibat uçotu hesablarında onların hərəkətini, istehsal
dövriyyəsini və xərclərini, xərclər smetasının hazırlanmasını, məhsulun satışını, iş və xidmətlərin yerinə yetirilməsini və kredit əməliyyatlarının uçotunu təşkil və nəzarət etməlidir
Tenderlərdə iştirakı ilə bağlı sənədləşmələr hazırlanmalıdır
Müştərilər tərəfindən ödənilən pul vəsaitlərini, o cümlədən kredit ödənişlərini qəbul edir;
Ödənilən vəsaitləri yoxlayır və tələb olunan qaydada əməliyyatı həyata keçirir;
Gündəlik satış məbləğini və ödənişləri əks etdirən sənədləri tərtib edir;
Nağd pul vəsaitlərinin təhlükəsiz şəraitdə saxlanmasını və işəgötürənin səlahiyyətli nümayəndəsinə təhvil verilməsini təmin edir;
İşçilərin əmək haqqlarının hesablanması;
İş şəraiti:
İş qrafiki : Həftənin 6 günü, bazar günü istirahət
Qanunvericiliyə uyğun olaraq əmək müqaviləsi bağlanılır
İş yeri: Bakı şəhəri, Sabunçu rayonu Zabrat 2 dairəsinin yaxınlığı
Maraqlanan namizədlər CV-lərini mövzu hissəsində "Mühasib-Xəzinədar" qeyd edərək [email protected] e-ünvanına göndərə bilərlər.