Ramco CJSC

Mühasib

600 - 800 AZN

My default image 

Namizədə olan tələblər:

  • Maliyyə və ya mühasibatlıq sahəsi üzrə ali təhsil;
  • Müvafiq sahədə 2 il iş təcrübəsi;
  • MS Office və 1C 8.3 proqramlarında işləmək bacarığı;
  • Online kargüzarlıq və e- qaimə portallardan istifadə etmə bacarığı;
  • Vergi Məcəlləsi, Əmək Məcəlləsi, maliyyə və mühasibatlıqla bağlı qanunvericilik üzrə biliklər;
  • Elektron hökümət portalı ilə işləmə bacarığı.

Vəzifə öhdəlikləri:

  • Qüvvədə olan vergi qanunvericiliyinə uyğun olaraq ciddi hesabat sənədləri, maliyyə-iqtisadi əməliyyatlar üzrə sənədləşmənin rəsmiləşdirilməsi və icra edilməsi;
  • Bütün növ ciddi hesabat sənədlərinin qeydiyyatının aparılması;
  • Çatışmazlıqların, pul vəsaitlərinin və mal-material qiymətlilərinin qanunsuz istifadə olunmasının, maliyyə və təsərrüfat qanunvericiliyinin pozulmasının qarşısının alınması üzrə öz səlahiyyətləri çərçivəsində tədbirlərin görülməsi;
  • Mühasibat əməliyyatlarını 1C proqramına işlənilməsi;
  • Avans hesabatlarına nəzarət və onların 1C proqramında qeydiyyatının aparılması.

İş şərtlərimiz:

  • Əmək haqqı: 600 – 800 AZN;
  • İş qrafiki : həftə içi 5 gün, 08:30 – 17:30;
  • İş yeri: Yasamal ray., Mirəli Seyidov küç. 28/30 (21 saylı məktəbin yaxınlığında).

Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsinə “Mühasib” yazaraq [email protected] e-ünvanına göndərmələri xahiş olunur.

Elanın bitmə tarixi: 13.11.2022