Azersun Holding

Mühasib

undefined 

 

Vakansiyanın təsviri:

 

  • Vergi, statistika və DSMF hesabatların hazırlanması;
  • Mühasibat (maliyyə) hesabatlarının müəyyən edilmiş müddətlərdə tərtib və təqdim edilməsi;
  • Müəssisə tərəfindən həyata keçirilən bütün təsərrüfat əməliyyatlarının mühasibat uçotu hesabında (həmçinin mühasibat uçotu registrlərində) düzgün əks etdirilməsi;
  • İlkin mühasibat sənədlərinin, hesablaşmaların və ödəniş öhdəliklərinin, əmək haqqı fondunun sərf olunmasının, vəzifə maaşlarının təyin edilməsinin yoxlanılması;
  • Pul vəsaitlərinin, əmtəə-mal qiymətlilərinin və əsas fondların inventarlaşmasının, mühasibat uçotu və hesabatının təşkilinin yoxlanılması;
  • Mühasibat sənədlərinin çoxaldılması, tərtib edilməsi və arxivə təhvil verilməsinin müəyyən edilmiş qaydada yerinə yetirilməsinə nəzarət edilməsi;
  • Mühasibatlıqda və mərkəzi mühasibatlıqda işçilər arasında xidməti vəzifələrin bölgüsü zamanı işin həcmindən və funksional əlamətlərindən asılı olaraq müvafiq işçi qruplarının yaradılmasını təşkil edilməsi;
  • Mühasibat məsələləri, nəzarət, hesabat və iqtisadi təhlil üzrə müəssisənin bölmə işçilərinə rəhbərlik edilməsi;

 

Xüsusi tələblər:

  • Tam ali iqtisadi təhsil (mühasibatlıq və ya maliyyə ixtisası üzrə, magistr dərəcəsi olması arzuolunandır);
  • Mühasib kimi ən azı 1-2 il iş təcrübəsi;
  • Mühasibatlıqla bağlı yerli qanunvericiliyi, vergi məcəlləsini bilməli;
  • Mühasibat uçotunun Beynəlxalq standartlarını bilməli (sertrifikatın olması arzuolunandır)
  • MS Office, 1C, BTP, EFP proqramlarında yüksək səviyyədə işləyə bilməli;
Müraciət etmək üçün: [email protected] 

Elanın bitmə tarixi: 02.09.2023