Zeta Group

Mühasib

700 AZN

undefined 

Namizədə tələblər:

  • Yaş: 22-40
  • Cinsi: kişi
  • Təhsil: Ali (Maliyyə sahəsində olanlara üstünlük verilir)
  • İş təcrübəsi: Maliyyə/Mühasibatlıq sahəsində 3 ildən 5 ilə 
  • Dil bilikləri: Azərbaycan (əla), Rus və ingilis dilləri arzuolunandır
  • Kompüter bilikləri: MS Office/Excel (əla)/1C 8.3 (əla)

Şəxsi keyfiyyətlər:

  • Analitik düşünmə bacarığı
  • Problemləri həll etmə bacarığı
  • Düzgünlük və Dəqiqlik
  • Analiz etmə bacarığı
  • Məlumatların məxfiliyini qoruyub saxlamaq bacarığı

Əsas vəzifə öhdəlikləri:

  • Şirkətdə aparılan əməliyyatların maliyyə hesabatlarında düzgün əks olunması; 
  • Gündəlik balansın və dövriyyə məlumatlarının hazirlanmasi;
  • Hesablamaların dəqiqliklə hesablar sisteminə köçürülməsi;
  • Aylıq xərclər smetasının planlaşdırılması və xərclərin plana uyğun sərfiyyatına nəzarət;
  • Aylıq maliyyə hesabatlarının hazırlanması;
  • Satış və debitor borc hesabatın hazırlanması;
  • Alış və kreditor borc hesabatının hazırlanması.

İş şərtləri:

  • İş vaxtı 09:00 - 18:00
  • İş günü 5/2  (Şənbə və Bazar günləri, dövlət bayramları və milli hüzn günü qeyri-iş günləridir)
  • Şirkət tərəfindən korporativ nömrə və danışıq vaxtı verilir
  • Əmək haqqı 700 azn

Maraqlanan şəxslər öz CV formalarını [email protected] e-ünvanına göndərə bilər (məktubun mövzu bölməsində, vakansiyanın adını qeyd edin).

Elanın bitmə tarixi: 14.11.2022