Maliyyə və inzibati işlər üzrə mütəxəssis

Referans Pharmaceuticals

Maliyyə və inzibati işlər üzrə mütəxəssis

 

undefined 

Vəzifə tələbləri:

  • İş təcrübəsi: 3il və üzəri
  • Azərbaycan dilində mükəmməl bilməli ( rus dilini bilənlərə üstünlük verilir)
  • Microsoft Office proqramlarında (xüsusi ilə MS Excel) yüksək səviyyədə işləmə bacarığına malik olmaq;
  • 1C ( 8.3) mühasibatlıq proqramında işləmək bacarığı
  • Asan imza ilə işləmə bacarığı
  • Rəsmi qurumlar ilə şirkət arasında rəsmi sənədləşmələrin (müqavilə, təhvil-təslim aktları, hesab faktura, e-qaimə və s.) hazırlanması və rəsmi yazışmaların aparılması bacarığı
  • Mal uçotunun aparılması
  • Debitor ve kreditor hesablarının aparılması və onlara nəzarət edilməsi
  • Gündəlik və aylıq hesabatların yoxlanılması
  • İnternet-banking üzrə lazımi əməliyyatların və ödənişlərin icra edə bilmək bacarığı
  • Məsuliyyət, düzgünlük, dəqiqlik və etibarlılıq kimi müsbət göstəricilərə sahib olmaq
  • Stressə davamlılıq, detallara qarşı diqqətlilik, analitik düşüncə tərzi, müxtəlif tipli insanlarla rahat ünsiyyət yaratmaq qabiliyyəti, problemlərin müstəqil həll edə bilmə bacarığı

İş barədə məlumat:

  • Gündəlik və aylıq hesabatlarınin tərtib edilməsi
  • Kassa , Bank əməliyyatlarının həyata keçirilməsi
  • Debitor və kreditor hesablaşmalar
  • Aylıq xərclər smetasının planlaşdırılması və xərclərin plana uyğun sərfiyyatına nəzarət
  • Aylıq daxili maliyyə hesabatlarının hazırlanması
  • Yerli və xarici ödənişlərin aparılması üçün ödəniş sisteminin qurulması, günlük cari ödəniş siyahısının hazırlanması (1 C sistemin avtomatlaşdırmaq).
  • Bankdan ödənişlərin həyata keçirilməsi üçün əlaqəli sənədlərin hazırlanması təmin etmək. Müqavilə, Hesab Faktura, Elektron Qaimə- qanunveriliciyin tələblərinə uyğun olmasını yoxlamaq, zəruri olduğu halda tələb olunan sənədləri hazırlamaq. Ödəniş üçün müqavilələri gömrük sistemində qeyd edib bank üçün  müqavilə kodunun alınmasını təmin etmək. Ödəniş üçün sənədlərin müvafiq bölümə yönləndirmək.
  • Avans ödənişləri üzrə hesabatlıq sisteminin qurulması təmin etmək. Avans ödənişi haqqında məlumatların və ödənişə aid sənədlərin (müqavilə, invoice, hesaba faktura) müvafiq bölümə zamanında göndərilməsini təmin etmək. Avans ödənişləri üzrə mallar idxal edildikdə sistemdə əks etdirmək, zəruri bölümə bildirmək.
  • Şirkətə aid hüquqi sənədlərin  hazırlanmasını təmin etmək.  Şirkətin aylıq maliyyə vəziyyəti haqqında dövlət orqanlarına müraciət edib rəsmi arayişların alınmasını təmin etmək (Vergi, DSMF) və hər ay hüquqi sənədləri, arayışları notarial təsdiq etdirmək.
  • Dövlət və digər satınalma üçün sənədlər toplusun hazırlanmasını tənim etmək – hüquqi sənədlər, maliyyə arayışı, bank ayarışı, şirkət rekvizitləri, bank qarantiyası, rəsmi müraciət və sair.

Əmək haqqı namizədin bilik və bacarıqlarından asılı olaraq razılaşma yolu ilə müəyyən edilir.

CV-lərinizi məktubun mövzu hissəsində “Maliyyə və inzibati işlər üzrə mütəxəssis” qeyd etməklə 06.10.2022 tarixinədək  [email protected] e-mail ünvanına göndərməyinizi xahiş edirik.

Elanın bitmə tarixi: 16.10.2022