Kristal Abşeron

Maliyyə üzrə audit meneceri

undefined 

 

Tələblər:

  • Ali təhsil (maliyyə, iqtisadiyyat və audit ixtisasları üzrə);
  • Sahə üzrə 3-5 il iş təcrübəsi; 
  • İFRS və beynəlxalq audit standartları üzrə biliklər;
  • “ACCA”, “CİA” üzrə sertifikatlar üstünlükdür;
  • Yaxşı səviyyədə kompüter bacarıqları (MS Office proqramları);
  • Azərbaycan dilini mükəmməl bilməli, İngilis dili və Rus dili bilikləri üstünlükdür, 
  • Komandada işləmək bacarığı;

Vəzifə öhdəlikləri:

  • Hazırlanan aylıq, rüblük və illik hesabatların daimi auditinin aparılması;
  • Şirkət büdcələrinin təhlil olunması və xərclərin büdcələrə uyğunluğunun monitorinqi;
  • Risk və kontrolların müəyyən edilməsi, dəyərləndirilməsi və sənədləşdirilməsi;
  • İlkin sənədləşmədən son hesabatlara kimi bütün muhasibat yazılışlarının araşdırılması və səmərəli hesabatlıq sisteminin təsis olunması;
  • Audit nəticələrinə dair hesabatların dövri olaraq təqdim olunması;
  • Şirkətlərin maliyyə hesabatlarının dəqiqliyini, etibarlığını, mühasibat uçotu məlumatları sisteminin düzgün tətbiqinin nəzarətdə saxlanması.

İş şəraiti:

  • 6 günlük iş qrafiki (şənbə yarı gün);
  • Əmək haqqı namizədin bilik və bacarıqlarına uyğun olaraq təyin ediləcəkdir.

Əlaqə:

Vakansiya ilə bağlı müraciət üçün CV formasını e-mail vasitəsilə mövzu yerinə “Maliyyə üzrə audit meneceri” üzrə yazmaqla [email protected] elektron ünvanına göndərməyiniz xahiş olunur. Yalnız vakansiya tələblərinə uyğun namizədlərlə əlaqə saxlanılacaqdır.

Elanın bitmə tarixi: 11.02.2023