Merkuri BOKT
Kredit mütəxəssisi - Agro
“Merkuri” Bank Olmayan Kredit Təşkilatı Bərdə regionunda kənd təsərrüfatı kreditlərinin verilməsi üçün kredit mütəxəssisi vakansiyası üzrə təcrübəli və təcrübəsiz əməkdaşları yüksək əmək haqqı ilə müsabiqəyə dəvət edir.
Vəzifə öhdəlikləri:
Kənd təsərrüfatı kreditlərinin satışlarını həyata keçirmək
Kənd təsərrüfatı kreditləri barədə müştərinin məlumatlandırılması.
Müştəri müraciətlərini qəbul etmək, təhlil etmək, kredit komitəsinə çıxarmaq
Geri ödənişlərin normal axınını təmin etmək
Kredit və girovların monitorinqinin həyata keçirilməsi.
Bu sahədə təcrübəsi olmayan namizədlər təlimləndirmədən sonra işə başlayacaqlar.
İş yeri: Bərdə şəhəri
İş qrafiki (I-V 09:00-dan 18:00-dək, VI 10:00-dan 15:00-dək)
Namizədə tələblər:
Ali təhsil
Yaş: 22 – 35
Səlis nitq qabiliyyəti
İnandırma qabiliyyəti və məqsədyönlülük
İnsanlarla ünsiyyət qurma bacarığı.
Azərbaycan dili biliyi – əla
MS Office proqramlarında işləmək bacarığı
Kənd təsərrüfatı kreditləri üzrə iş təcrübəsinin olması arzuolunandır.
Hazır CV formalarınızı “Agro” başlığı ilə [email protected] email ünvanına və yaxud 0502718432 Whatsapp nömrəsinə göndərə bilərsiniz.
Elanın bitmə tarixi: 26.12.2023