Bank Respublika ASC
Korporativ bankçılıq üzrə mütəxəssis -Bakıxanov və Neftçilər filialları
Ümumi vəzifə öhdəlikləri:
Müştərilərə bankın məhsul və xidmətləri haqqında ətraflı, dolğun məlumat və məsləhətlər vermək;
Bankın korporativ müştərilərinə xidmət etmək;
Hüquqi şəxslərə cari hesablar açmaq, aparmaq və bağlamaq;
Əmanət hesabları üzrə faizlər və əmanətin ödənilməsini həyata keçirmək;
Hesablar üzrə tələb olunan bütün əməliyyatları icra etmək;
Qayda və təlimatlara uyğun olaraq hesab üzrə müştərilərin sərəncamlarını icra etmək;
Bank sənədlərini Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyinin tələblərinə uyğun qaydada tərtib etmək və rəsmiləşdirmək.
Namizədə qarşı tələblər:
Ali təhsil (maliyyə, iqtisadiyyat və biznesin idarə edilməsi üzrə təhsil arzuolunandır);
Aidiyyati sahə üzrə minimum 1 il iş təcrübəsi mütləqdir;
Dil bilikləri: Azərbaycan dili (əla);
Məlumatlar əsasında təhlil etmə və düzgün qərar vermə bacarığı;
Müxtəlif düşüncə və dünyagörüşə malik insanlarla yazılı və şifahi ünsiyyət qurmaq bacarığı;
Yeni bilik və bacarıqları özündə inkişaf etdirmək həvəsi;
Komandanın bir üzvü olmaq üçün, yeni iş mühiti və kollektivə tez uyğunlaşmaq bacarığı.
Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini 13 noyabr 2023-cü il tarixinədək emailin mövzu hissəsində aşağıdakılardan müvafiq olanı qeyd etməklə [email protected] elektron ünvanına göndərə bilər:
Korporativ bankçılıq üzrə mütəxəssis (Bakıxanov)
Korporativ bankçılıq üzrə mütəxəssis (Neftçilər)
Həmçinin bildirmək istərdik ki, işəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.
Elanın bitmə tarixi: 13.11.2023