Ferrum Capital
Kiçik və orta sahibkarlarla iş üzrə kiçik mütəxəssis/mütəxəssis
300 - 600 AZN
Hansı özəlliklərə malik olmalıdır?
Ali təhsil;
21-29 yaş aralığı;
Əla səviyyədə azərbaycan dili (rus dili üstünlükdür);
Komanda ilə işləməyi bacarmaq, işinə həvəsli və özünü təkmilləşdirməyə meyilli olmaq;
Ünsiyyət və inandırma bacarığının olması;
Analitik düşünmək, diqqətli olmaq, təşəbbüs göstərməkdən qorxmamaq;
Hədəf yönümlü olmaq;
Düzgün səs tonuna və düzgün diksiyaya malik olmaq;
Satış sahəsi üzrə karyera qurmağı planlamaq.
Kiçik və orta sahibkarlarla iş üzrə kiçik mütəxəssis/mütəxəssis nə iş görür?
Yeni müştərilərin aşkar edilməsi və müştərilərlə yeni biznes münasibətlərinin qurulması;
Qoyulmuş hədəflərə əsasən faktorinq xidmətlərinin satışı və müştəri portfelinin böyüdülməsi;
Korporativ müştərilər ilə mütəmadi görüşlərin keçirilməsi;
Bazar araşdırmalarının aparılması, yeni satış kanallarının formalaşdırılması;
Müştərilərin qorunub saxlanılması təşəbbüslərinin hazırlanması, həmçinin çarpaz-satış imkanlarının inkişaf etdirilməsi;
Şirkətin satış həcminin artırılması;
Yüksək səviyyədə müştəri xidmətinin təmin olunması.
Əlavə məlumat:
5 günlük iş qrafiki: 09:30 – 18:30
Əmək haqqı: 300 - 600 AZN + bonus
Zəhmət olmasa CV-nizi mövzu hissəsində “Kiçik və orta sahibkarlarla iş üzrə kiçik mütəxəssis/mütəxəssis” qeyd etməklə [email protected] e-mail ünvanına göndərəsiniz. İşə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.
Elanın bitmə tarixi: 09.11.2023