AGRO - WEST DC LLC

Əmək haqqı üzrə mühasib

undefined 

 

Vəzifə öhdəlikləri:

  • İşçilərin aylıq əmək haqlarının, gəlir vergisi, sosial sığorta və digər tutulmaların hesablanması və ödənilməsi;
  • Əmək haqqı üzrə müxabirləşmələrin verilməsi və yoxlanması;
  • Məzuniyyət haqlarının, xəstəlik vərəqəsi üzrə ödəmələrin, mükafatların və son haqq-hesab ödənişlərinin hesablanması və ödənişi;
  • DSMF tərəfindən ödənilən müavinətlərin elektron hökümət portalına işlənməsi;
  • Vahid Rüblük Hesabatın hazırlanması və təqdim olunması;
  • Satış üzrə bonusların hesablanması və ödənilməsi;
  • İşçilərin əmək haqqı ilə bağlı suallarının vaxtlı-vaxtında cavablandırılması.

Namizədə Tələblər:

  • Maliyyə, İqtisadiyyat və ya Biznesin İdarəedilməsi sahəsi üzrə Ali təhsil;
  • Müvafiq sahədə ən azı 3 il iş təcrübəsi;
  • MS Office proqramları (xüsusən Excel) üzrə biliklər;
  • 1C ERP proqramında (əsasən hesabatlarla və HR/Əmək haqqı modulu ilə) sərbəst işləmə bacarığı;
  • Əmək Məcəlləsi və Vergi Məcəlləsi üzrə müvafiq biliklər;
  • Riyazi hesablama aparma, analitik təhlil etmə qabiliyyəti;
  • Komandada işləmə bacarığı;

İş şəraiti:

  • İş qrafiki: Həftə içi 5 gün;
  • İş saatı: 09:00-18:00;
  • Nahar şirkət tərəfindən təmin edilir;
  • Əmək haqqı: Müsahibə əsasında təyin olunacaq;
  • Ünvan: Bakıxanov qəs.,B.Bünyadov küç

Maraqlanan namizədlər CV formalarını mövzu yerinə "Əmək haqqı üzrə mühasib" yazaraq [email protected] mail ünvanına göndərə bilərlər.

Elanın bitmə tarixi: 22.12.2022