Daxili audit üzrə mütəxəssis

Universal Poliqraf MMC

Daxili audit üzrə mütəxəssis

undefined 

 

Vəzifə öhdəlikləri:

  • Audit planları əsasında audit proqramlarının tərtib etmək
  • Audit planları və proqramları əsasında daxili audit yoxlamalarını aparmaq
  • Şirkətdə yaranan qabaqcıl təcrübələrin qiymətləndirilməsini aparmaq və rəy vermək
  • Dövri olaraq daxili audit yoxlamalarını aparmaq, nəticələr haqqında hesabatları və rəylər hazırlamaq
  • Korporativ idarəetmənin qiymətləndirilməsinə dair testlər aparmaq və tapşırıqları yerinə yetirmək
  • Daxili nəzarət mühitinin qiymətləndirməsinə dair testlər aparmaq və digər tapşırıqları yerinə yetirmək
  • Şirkətin Daxili nəzarət mühitinin inkişafına dair təkliflər irəli sürmək
  • Risk idarəedilməsinin inkişafına dair təkliflər vermək və risk təhlillərin aparılması qaydasına rəy bildirmək
  • Daxili audit yoxlamaları zamanı mənimsəmə və saxtakarlıq risklərinin qiymətləndirilməsini aparmaq
  • Mənimsəmə və saxtakarlıq hadisələrin araşdırılmasını təmin etmək
  • Həvalə edilmiş audit prosedurlarını həyata keçirmək və aşkar olunmuş çatışmazlıqlar haqqında məlumat vermək
  • Şirkətin dövri əsas vəsait və mal-material sayımında iştirak etmək və nöqsanları müəyyən etmək 
  • Rəhbər tərəfindən həvalə olunan digər tapşırıqları səlahiyyəti çərçivəsində yerinə yetirmək
  • Şirkətin rəhbərinin göstərişinə əsasən növbədənkənar təftişlər keçirmək və nəticələrini rəsmiləşdirmək 
  • Təsdiq olunmuş plana müvafiq olaraq müəssisə bölmələrində bütünlüklə yoxlama və təftişlər aparmaq
  • Müəssisənin əsas vəsaitlərinin bütövlüyünü və səmərəli istifadəsini yoxlamaq
  • Müəssisənin daxili ehtiyatlarını aşkara çıxarmaq və onların səmərəli istifadə olunması yollarını müəyyənləşdirmək
  • Üzləşmələr aparmaq 

Şəxsi keyfiyyətlər: 

  • Ali təhsil;
  • Müvafiq sahədə iş təcrübəsi;
  • Microsoft Office proqramlarını və 1C proqramını bilməsi üstünlükdür;
  • Analitik bacarıqlar, ünsiyyət qurma bacarıqları;
  • İşgüzar danışıqlar aparmaq bacarığı
  • Dəqiq, səliqəli, diqqətli, məsuliyyətli, çevik, stressə davamlı və ünsiyyətcil olmalı
  • Kollektivdə işləməyi bacarmalıdir

İş şəraiti:

  • AR Əmək Məcəlləsinə əsasən sənədləşmə
  • Əmək haqqı müsahibə əsasında təyin ediləcək
  • 50 yaş üzəri namizədlərə üstünlük veriləcək
  • Hüquq mühavizə orqanlarında, ədliyyə orqanlarında və dövlət əmək müfəttişliyi sistemində işləyib təqaüdə çıxmış təcrübəli namizədlərə üstünlük veriləcək

Yuxarıda qeyd olunan tələblərə uyğun namizədlər mövzu yerində “Daxili audit üzrə mütəxəssis” qeyd edərək CV formasını [email protected] elektron ünvanına göndərə bilərlər. 

Elanın bitmə tarixi: 24.12.2022