Staj tələbi: müvafiq ixtisas üzrə azı 3 illik iş stajı
Bilik və təcrübəyə dair tələb:
Dil bilikləri: Azərbaycan, Rus və inglis dillərində yüksək biliklər
Kompüter bilikləri: MS Office (orta), kömpüter və ofis texnikasından istifadə
Riyazi və məntiqi biliklər
Bacarıq və qabiliyyətlər:
Detallara diqqət və dəqiqlik
Ünsiyyət qurma bacarığı
Məsuliyyət
Yüksək peşə hazırlığına və mənəvi-əxlaqi keyfiyyətlərə malik olmaq
Mühasibat proqramlarında və elektron cədvəllərdə işləmə bacarığı
Təşkilatçılıq və vaxta qənaət etmə bacarığı
Riski qiymətləndirmək və həll yollarının tapılması bacarığı
Mükəmməl hesabat bacarıqları
Obyektiv düşünmək bacarığı
Əsas vəzifə və öhdəliklər:
İllik Daxili Audit planının tərtib edilməsi və həyata keçirilməsi.
Planlaşdırılan illik auditə ümumi nəzarət edilməsi.
Şirkətin fəaliyyətinə dair xüsusi qanun və başqa qaydalara əməl olunmasının təftişi və auditi;
Şirkətin audit siyasətinin və strategiyasının müəyyənləşdirilməsində iştirak
Əhəmiyyətli biznes riski olan sahələrin müəyyənləşdirilməsi və qiymətləndirilməsi.
Şirkətin funksional struktur bölmələrinin hərtərəfli auditinin aparılması;
Şirkətin bütün strukturları üzrə onların əsasnamə funksiyalarına uyğunluğunun, işçilərin vəzifə təlimatlarının icrasının təftişinin və auditinin aparılması;
Normativ-hüquqi aktların və şirkətdaxili qaydaların icrasinin vəziyyətinin təftişinin və auditinin aparılması;
Nəzarətin effektiv tətbiqi və monitorinqi vasitəsilə bütün biznes və maliyyə risklərini müəyyən edilməsi və azaldılması.
Şirkətin maliyyə resurslarının planlaşdırılması və büdcənin icrasının auditinin aparılması;
Auditin nəticələri, verilmiş tövsiyələr və onların icra müddətinin müəyyən edilməsinə dair hesabatların tərtib edilməsi;
Xarici auditlə birgə işin təşkil edilməsi, auditin nəticə və tövsiyələrinin həyata keçirilməsi.
Daxili auditor daxili audit zamanı şirkətin normal fəaliyyətinə mane olmamalı, fəaliyyəti ilə əlaqədar əldə etdiyi kommersiya sirri daşıyan məlumatlardan sui-istifadə etməməli və məxfilik prinsipinə əməl etməlidir.
DAX fəaliyyətlərinin Daxili Audit Təlimatı və Beynəlxalq Daxili Audit Standartlarına uyğun yerinə yetirilməsi
DAX-nə rəhbərlik etmək və keyfiyyətli xidmətlər göstərilməsinə təminat vermək üçün uyğun qaydaların tərtibi;
Risklərin qiymətləndirilməsi əsasında DAX planının hazırlanması;
Risk qiymətləndirməsinin əsasda auditin icrası;
DAX planının yekunlaşdırılması və Sahibkar tərəfindən təsdiqinə nail olmaq;
Audit yoxlamaları zamanı əldə edilmiş faktların vaxtlı-vaxtında Sahibkarın diqqətinə çatdırılması;
Tövsiyələrin işlənib hazırlanması və əldə edilmiş faktların audit obyekti rəhbərliyi ilə razılaşdırılması;
Bütün DAX yoxlama hesabatlarının düzgün keyfiyyət və effektiv tərzdə hazırlandığına təminat verilməsi;
DAX-nın fəaliyyəti haqqında mütəmadi şəkildə Sahibkarı məruzə edilməsi və məlumatın çatdırılması;
DAX tövsiyələrinə uyğun olaraq tədbirlər planının statusunun monitorinqi, təsdiqi və hesabatı;
İş şəraiti:
İş saatları – 09:00 - 18:00
5 günlük iş qrafiki
Əmək haqqı: 1000 AZN
Maraqlanan şəxslər öz CV formalarını məktubun mövzu bölməsində “Daxili audit” qeyd etməklə [email protected] e-ünvanına göndərə bilərlər.