Müəssisə tərəfindən həyata keçirilən bütün təsərrüfat əməliyyatlarının mühasibat uçotu hesablarında düzgün əks etdirilməsinin təmin olunmasına nəzarət,
Gündəlik təsərrüfat əməliyyatlarını əks etdirən ilkin sənədlərin qanuna uyğun rəsmiləşdirilməsinə nəzarət
İlkin sənədlər əsasında maliyyə-təsərrüfat əməliyyatlarının mühasibat uçotunda düzgün əks etdirilməsini, mühasibat-maliyyə hesabatlarının müəyyən edilmiş müddətdə tərtib və təqdim edilməsini təşkil və nəzarət olunması
Daxil olan pul vəsaitlərinin, hesablanmış xərc və gəlir maddələrinin, mal-material ehtiyatlarının və əsas vəsaitlərin tam uçotu və onların hərəkəti ilə bağlı əməliyyatların vaxtında mühasibat uçotunda əks etdirilməsini təmin olunması
Əmək haqqı və ona bərabər ödənişlərin zamanında hesablanmasına nəzarət
Vergi hesabatlarının (Əmlak, Torpaq, ƏDV, ÖMV, Mənfəət), DSMF və statistika hesabatlarının hazırlanması və təqdim olunması
Mütəmadi debitor və kreditorlarla qarşılıqlı üzləşmənin həyata keçirilməsi
Bütün təsərrüfat əməliyyatlarında vergi və digər icbari ödənişlərin düzgün tətbiqini və hesablanmasını təmin və buna nəzarət olunması
Vergi və digər dövlət orqanları ilə yazışmaların aparılması, onların bütün sorğu və tələblərini zamanında və dolğun cavablandırılması
Vergi və digər dövlət orqanları tərəfindən aparılan kameral və səyyar yoxlamaların koordinasiyası və bu işə nəzarət olunması
Aylıq, rüblük və illik əsasda maliyyə hesabatlarının hazırlanması məqsədi ilə uçot məlumatlarının mövcudluğunu təmin etmək
Tabeçiliyində olan işçilər arasında mühasibatlıq funksiyaların optimal şəkildə bölüşdürülməsi və mühasibat şöbəsinin işinə nəzarət olunması
Namizəd üçün tələblər
İqtisadi, maliyyə, muhasibat uçotu üzrə ali təhsil
Dil bilikləri: Azərbaycan dili (əla), Rus dili- İngilis dili (arzuolunandır)
Vergi Məcəlləsi, Əmək Məcəlləsi, Mülki Məcəlləsi və tələb olunan digər normativ hüquqi aktlar barədə müvafiq biliklərin olması
Mühasibat işi üzrə minimum 3 il iş təcrübəsi
MS Office proqramları ilə yüksək səviyyədə iş bacarığı
1C ( 8.3), BTP
Analitik düşünmə qabiliyyəti və məsuliyyətlilik
Mühasibat uçotu üzrə sertifikatlara üstünlük verilir (ACCA F3,səviyyəsi və PMS)
İş şəraiti:
İş günləri: Həftənin 5 günü (İstirahət:şənbə, bazar)
İş vaxtı: 9:00-18:00 (Tam iş günü)
Professional və maddi artım üçün perspektiv
Əmək haqqı 2000 manat (net)
Ünvan : Bakı şəhəri Suraxanı rayonu, Zığ-Hövsan yolu
Maraqlanan namizədlər CV-lərini mövzu hissəsində "Baş mühasib" qeyd edərək [email protected]e-ünvanına göndərə bilərlər.