Ferrum Capital

Baş mühasib

undefined 

Baş mühasib nə iş görür?

  • Qanunvericiliyə uyğun olaraq müəssisənin maliyyə uçotunun təşkil edilməsi;
  • Aylıq, rüblük və illik Vergi, DSMF və Statistika hesabatlarının hazırlanması və aidiyyəti orqanlara təqdim edilməsi.
  • Mühasibat (maliyyə) hesabatlarının müəyyən edilmiş müddətlərdə tərtib və təqdim edilməsi;
  • Pul vəsaitlərinin hərəkəti və maliyyə vəziyyəti haqqında aylıq hesabat hazırlanması və rəhbərliyə təqdim edilməsi;
  • Əmək haqqı, məzuniyyət haqlarının hesablanması;
  • Müqavilələrdə qeyd olunmuş vergi əməliyyatları ilə bağlı bəndlərin, vergi və ödəniş şərtlərinin vergi qanunvericiliyinin tələblərinə uyğunluğunun yoxlanılması və təsdiq edilməsi.

Hansı özəlliklərə malik olmalıdır?

  • Mühasibatlıq/Maliyyə sahəsində bakalavr dərəcəsi;
  • 25-40 yaş;
  • Əla səviyyədə azərbaycan dili (rus dili üstünlükdür);
  • Mühasibatlıq sahəsində 2-3 il iş təcrübəsi;
  • Dəqiqlik, məntiqi və analitik düşünmə tərzi, təşəbbüskarlıq, çalışqanlıq, dürüstlük, komandanın idarə edilməsi və komandada işləmək bacarığı;
  • Vergi məcəlləsi, Əmək məcəlləsi, Mülki Məcəllə və digər qanunlar və qanunvericilik aktları üzrə bilikləri;
  • Qərarların qəbul edilməsi və üzərinə məsuliyyətin götürülməsi, vəzifə öhdəlikləri üzrə mövqeyini izah və müdafiə etmək bacarığı;
  • ERP proqramlarında işləmək bacarığı;
  • 1C (7.7, 8.2, 8.3) mühasibatlıq proqramında işləmək bacarığı.

Əlavə məlumat: 5 günlük iş qrafiki: 09:00 – 18:00

Zəhmət olmasa CV-nizi mövzu hissəsində Baş mühasib qeyd etməklə [email protected] e-mail ünvanına göndərəsiniz. İşə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.

Elanın bitmə tarixi: 18.11.2022