Baku Holiday Travel
Baş mühasib
3000 AZN
Namizədə tələblər:
Maliyyə, mühasibatlıq sahəsində ali təhsil;
PMS sertifikatının olması üstünlükdür;
Müvafiq sahədə 5 il və üzəri iş təcrübəsi;
Xidmət sahəsində,xüsusi ilə turizm sahəsində təcrübənin olması üstünlükdür
MS Office proqramlarında, Exceldə əla işləmə bacarığı;
Analitik təhlil qabiliyyəti və işləri düzgün planlamaq bacarığı;
Azərbaycan dili səlis,ingilis və rus dilləri yüksək səviyyədə
Baş mühasib vəzifə öhdəlikləri:
Maliyyə hesabatlarının hazırlanması;
Maliyyə hesabatlarının müəyyən edilmiş müddətlərdə tərtib və təqdim edilməsi;
İnzibati və digər xərclərin, debitor borclarının, çatışmazlıqların və digər itkilərin müəyyənləşdirilməsi;
Maliyyə məsələləri, nəzarət, hesabat işləri üzrə əməkdaşlara rəhbərlik edilməsi;
Debitor və kreditorlarla aparılan əməliyyatların təhlili;
Bank hesabları üzrə aparılan əməliyyatların təhlili;
Gündəlik hesabların müxabirləşməsi;
ƏDV bəyannamasının,vahid hesabatın təqdim edilməsi
ÖMV hesabatının təqdim edilməsi
Cari rüb üzrə mənfəət vergisi ilə bağlı arayaşın təqdim edilməsi
Statistika hesabatlarının təqdim edilməsi
İş barədə məlumat:
İş günləri : Həftənin 5 iş günü tam,şənbə günü qısa iş günü
İş vaxtı: 09:00-dan 18:00-dək və ya 10:00-dan 19:00-dək
Əmək haqqı: 3000 AZN + bonus
Ünvan: İsmayıl bəy Qutqaşınlı 507-511, Altes plaza,Baku Holiday Travel
Yalnız, qeyd olunan tələblərə uyğun gələn namizədlərdən mövzu hissəsində “Baş mühasib” qeyd etməklə CV-lərini [email protected] e-mail ünvanına göndərmələri xahiş olunur. İşə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.
Elanın bitmə tarixi: 05.11.2023