OMİD Mağazalar şəbəkəsi
Baş mühasib
2000 - 2000 AZN
İş barədə məlumat:
Mühasibat şöbəsinin işini düzgün, qaydalara və qanunvericiliyə uyğun təşkil etmək;
Maliyyə uçotu, vergi uçotu və maya dəyəri uçotu üzrə kargüzarlıq işlərinin təşkilini həyata keçirmək;
Maliyyə Nazirliyinin mühasibat uçotu standartları üzrə şərhlər və tövsiyələrini rəhbər tutaraq uçotun aparılmasını təşkil etmək;
Aylıq, rüblük, illik şirkətdaxili vergi, DSMF və Statistika hesabatlarının hazırlanması və təqdim edilməsi;
Aylıq əmək haqqı hesablama cədvəllərini hazırlamaq (əmək haqqıların, məzuniyyət pullarının, son haqq-hesabların, xəstəlik vərəqələrinin hesablanması) və əmək haqqlarını ödəmək;
Vergi orqanlarından daxil olan məktubların nəzarətdə saxlanılması və müvafiq yazışmaların aparılması.
Namizədə tələblər:
Vergi qanunvericiliyini bilməli, dəyişiklikləri izləməli və zamanında tətbiq etməli
Baş mühasib vəzifəsində ən azı 3 il iş təcrübəsi;
Mühasibat uçotunun təşkili üzrə müvafiq qanunvericilikləri bilməli;
Microsoft office programlarından (xüsusilə excel) sərbəst istifadəni bacarmalı.
Əmək şəraiti:
Əmək haqqı: 2000 AZN
İş rejimi: Həftənin 6 günü;
İş saatı: 08:00-dan 17:00-dək; nahar fasiləsi 12:30-dan 13:30-dək.
Nahar şirkət tərəfindən təmin olunur.
Ünvan: Bakı şəhəri, Binəqədi rayonu, DSK yolu.
Yalnız qeyd olunan tələblərə cavab verən namizədlər CV formalarını mövzu hissəsində “Baş mühasib” qeyd etməklə [email protected] elektron ünvanına göndərə bilərlər.
Əlaqə nömrəsi: 055-500-91-00
Elanın bitmə tarixi: 30.09.2023