PASHA Technology

Baş mühasib

My default image 

 

Əsas öhdəliklər:

  • Dövlət qurumları və Müəssisə rəhbəri üçün maliyyə məsələlərinə dair hesabatların hazırlanması və təqdim edilməsi (aylıq, rüblük və illik); 
  • Əlavə Dəyər Vergisi
  • Ödəmə mənbəyində tutulan vergi bəyannaməsi
  • Əmlak vergisinin bəyannaməsi
  • Mənfəət vergisinin bəyannaməsi
  • Vahid Bəyannamə 
  • Statistik hesabatlar
  • Vergi uçotuna uyğun olaraq maliyyə təsərrüfat fəaliyyətinin nəticələri barədə məlumatların etibarlılığını təmin edilməsi; hesabatların hazırlanmasının və icrasının düzgünlüyünə nəzarət edilməsi;
  • Müəssisənin vergi siyasətinin inkişafını təmin edir, vergi büdcəsinin hazırlanmasını təşkil edilməsi;
  • Vergilərin və ödənişlərin, regional və yerli büdcələrə, dövlət tərəfindən büdcədənkənar sosial fondlara qanunla müəyyən edilmiş qaydada köçürülməsinin təmin edilməsi;
  • Vergi uçotuna uyğun olaraq maliyyə təsərrüfat fəaliyyətini əks etdirən hesabatların 1C sistemində, proqramın maksimal imkanlarından istifadə etməklə, avtomatlaşdırılmasının həyata keçirilməsi;
  • Müəssisə tərəfindən, Məhsulların (malların, avadanlıqların) idxalı zamanı, daşımaçılığı həyata keçirən şirkətə, gömrük rəsmiləşdirilməsinin həyata keçirilməsində iştrak etmək;
  • 1C proqramında hesablar planı üzrə yeni hesabların, gəlir və xərc maddələrinin açılması, düzəliş edilməsini  həyata keçirilməsi;
  • 1C proqramında, təsdiqlənmiş Büdcə hesabatının qurulmasının həyata keçirilməsi;
  • Əsas vəsaitlərin İnventarizasiya prosesinin həyata keçirilməsində iştrak etmək;
  • Büdcədən kənarlaşmaları müəyyən etmək üçün maliyyə planları və büdcələrin icrası, büdcəyə və plana əməliyyat düzəlişlərinin aparılması; vəsaitlərin düzgün xərclənməsi və öz və borc dövriyyə kapitalının məqsədli istifadəsinə nəzarət etmək;
  • Pul vəsaitlərinin dövriyyəsinə və büdcəyə nəzarət və bu proseslərlə əlaqəli məsələlərə cavabdehlik daşımaq;
  • Debitor borclara nəzarət etmək; 
  • Əmək haqqlarının 1C proqram vasitəsi ilə hesablanmasını və ödənilməsini, ödənişlərin bank qurumlarına köçürülməsini təmin etmək;
  • Kredit müəssisələri, sığorta və investisiya şirkətləri, vergi orqanları, digər qurum və təşkilatlarla maliyyə məsələlərində öz səlahiyyətləri daxilində müəssisənin maraqlarını təmsil etmək;

Tələb olunan bilik və bacarıqlar:

  • Maliyyə sahəsində Ali təhsil
  • AR Vergilər Məcəlləsi və qanunvericiliyi bilməli;
  • Azərbaycan Respublikasının qanunvericilik aktları;
  • ACCA sertifikatlarının olması arzu olunandır
  • Müəssisənin maliyyə və təsərrüfat fəaliyyətini tənzimləyən qanunvericilik və tənzimləyici aktlar;
  • Müəssisədə maliyyə işinin təşkili prinsipləri;
  • Maliyyə planlarının tərtib edilməsi qaydası, fondların proqnoz qalıqları və büdcələri, məhsulların (malların, xidmətlərin, işlərin) satış planları, mənfəət planları;
  • Maliyyə axınlarının idarə olunmasını təmin edən maliyyə alətləri sistemi;
  • Maliyyə aktivlərinin, gəlirliliyinin və riskinin qiymətləndirilməsi metodları;
  • Bir müəssisəyə qısamüddətli və uzunmüddətli borc vermə, investisiya və borc vəsaitlərinin cəlb edilməsi qaydası;
  • Maliyyə mənbələrinin paylanması, maliyyə investisiyalarının effektivliyinin müəyyənləşdirilməsi qaydası;
  • Maliyyə nəzarəti prinsipləri maliyyə hesablaşmalarının qaydası və formaları;
  • Vergitutma prinsipləri və qaydası, Azərbaycan Respublikasının vergi qanunvericiliyi;
  • Maliyyə və mühasibat standartları və hesabat;
  • MS Excel, MS Word, MS Outlook (əla);
  • 1C proqramı yüksək səviyyədə bilmək;
  • Gündəlik əməliyyatlarda dürüst olmaq:  hər zaman düzgün addımları düzgün yollarla atmaq;
  • Ünsiyyətqurma;
  • Stresin idarə olunması;
  • Vaxtın idarəedilməsi;

Təcrübə:

  • 5-8 il iş təcrübəsi
  • idarəçilik üzrə minimum 3 il təcrübə

Dil biliyi:

  • Azərbaycan dili - Ana dili
  • Rus dili-yaxşı
  • İngilis dili- yaxşı

Son müraciət tarixi: 15 Fevral 2023-cü il.

Müraciət etmək istəyən namizədlər vakansiyanın adını “mövzu” bölməsində qeyd etməklə CV-ni [email protected] e-mail ünvanına göndərə bilərlər. İşə qəbul prosesinin növbəti mərhələsi üçün  vakansiyanın tələblərinə cavab verən namizədlərlə əlaqə saxlanacaq.

Elanın bitmə tarixi: 09.02.2023