GESCO ASC

Təchizat bölməsinin müdiri

undefined 

Namizədə tələblər:

  • Ali təhsilli olmalı ;

  • Səlis Azərbaycan dilində danışıq qabiliyyəti; İngilis  və Rus dili biliyi üstünlükdür;

  • Ofis proqramları və təchizatla bağlı proqramlar üzrə geniş bilik və iş bacarığına malik olması xüsusən 1C ;

  • Müqavilələrlə iş təcrübəsinin olması;

  • ISM sertifikasiyasının olması üstünlükdür.

İş haqqında məlumat:

  • Satış şirkətləri ilə sıx əməkdaşlıq etmək tələbata uyğun olaraq onlardan qiymətlərin alınmasını təmin etmək ve onlarla mülki muqavilələrin bağlanmasını təşkil etmək ;

  • Verilmiş tələbnamələr əsasında hazırlanmış sifarişlərə nəzarət etmək, onların icrasını təmin etmək ;

  • Təchizat planlarının (aylıq,illik) hazırlanmasını təmin etmək ;

  • Müəssisədə təchizat şöbəsinin inkişafı ilə bağlı rəhbərliyə təkliflər hazırlamaq ;

  • Müəssisə daxili struktur bölmələrlə təchizat ilə bağlı əlaqələr yaratmaq və əməkdaşlıq etmək ;

  • Müəssisənin satınalma işinin düzgün aparılmasına nəzarət etmək ;

  • Təchizat şöbəsinin əməkdaşlarının iş planının hazırlanması, onlara lazımi istiqamətin verilməsini   təmin etmək ;

  • Anbar uçotu və əsas vəsaitlərin uçotuna nəzarət edilməsini təmin etmək ;

Ünvan: Bakı, Ziya Bünyadov prospekti, 1965-ci məhəllə, Çinar Park Biznes Mərkəzi

Əlaqə:

Telefon: (+994 12) 310-05-77

Mob: (+994 55) 207-00-40 (+994 55) 206-87-89,

Vakansiyaya müraciət üçün CV-nizi “Təchizat bölməsinin müdiri” mövzusu ilə [email protected] email ünvanına göndərməyiniz xahiş olunur.

Elanın bitmə tarixi: 16.11.2023