Buta Group

Satınalma üzrə mütəxəssis

undefined 

Vakansiya haqqında:

  • İş yeri: Bakı, Rəşid Behbudov 71

  • İş saatı: Həftədə 5 gün həftəlik 40 saat olmaqla

  • Əmək haqqı: Müsahibə əsasında təyin olunacaq

Vəzifə öhdəlikləri:

  • Müəssisəyə  lazım olan kommersiya məqsədli malların alınması, yerli və xarici müəssisələrlə kommersiya əlaqələrinin təşkili, müqavilələrin bağlanması işlərində iştirak edir;

  • Malların yüklənməsi, yola düşməsi tarixlərini və digər lazımi məlumatları logistika şöbəsinə təqdim edir;

  • Müqavilələrin müəyyən olunmuş qaydada imzalanmasını təşkilində iştirak edir;

  • Malgöndərənlər tərəfindən müqavilə öhdəliklərinə əməl olunması, müqavilə öhdəlikləri pozulduqda malgöndərənlərə qarşı iddiaların qaldırılması və onların vaxtında rəsmiləşdirilməsi işlərində iştirak edir;

  • Əməkdaşlıq olunan müəssisələrlə əlaqə saxlamalı və bütün işlərə nəzarətdə iştirak edir;

  • Fəaliyyəti ilə bağlı sənədlər dövriyyəsini təşkil edir;

  • Əmək fəaliyyətinə dair müəyyən edilmiş qaydada hər gün rəhbərinə hesabat verir.

  • Daxili və xarici bazarları araşdırır, danışıqlar aparır, lazımi informasiyanı toplayır daha uyğun şirkətlər barəsində rəhbərliyi məlumatlandırır;

  • Alınacaq malların sifarişini hazırlayırlanmasında və təchizat şöbəsinin rəisinə təqdim edilməsində iştirak edir;

  • Sifariş verilən malın spesifikasiyasına uyğun olaraq fakturanın göndərilməsi tələbində iştirak edir;

  • Sifariş olunmuş malların vəziyyəti ilə maraqlanır, onların düzgün daşınması və çatdırılması işini təşkilində və hər hansı bir maneələr olarsa rəhbərliyin məlumatlandırılmasında iştirak edir;

  • Müvafiq müəssisələrdən yükləmə ilə bağlı lazımi sənədləri alır və uyğun struktur bölmələrə təqdim edilməsində iştirak edir;

  • Yükləmədən sonra malların lazımi sertifikatlarının alınması üçün sənədlərin təqdim olunmasını və müddətlərinin izlənilməsinin təşkilində iştirak edir;

Namizədə tələblər:

  • Təhsili: Ali təhsil

  • Müvafiq sahədə ən azı 1-3 il təcrübə

  • Dil bilikləri: Azərbaycan, (İngilis və Rus dili arzu olunandır)

  • Kompüter bilikləri: Microsoft Office, Outlook

  • Komandada işləmək bacarığı

  • Operativ,işə həvəslə yanaşmalı, sahəsi üzrə araşdırmalar aparmalı, daim yeniliyə meyilli olmalı

  • İdarəetmə təcrübəsi, analitik düşünmə

  • Qoyulmuş məslələrlə bağlı məqsədlərə nail olmaq

Vakansiya ilə maraqlanan şəxslər CV-ləri [email protected] e-mail ünvanına göndərə bilər.

Elanın bitmə tarixi: 20.10.2023