Mətanət A

Daxili Satınalma Mütəxəssisi

My default image 

İşin təsviri:

  • Şirkətin bütün struktur və bölmələrinin fasiləsiz təchizat təminatının həyata keçirilməsi;
  • Avadanlıq, mal-material, ehtiyat hissələri, kompyuter və elektrik avadanlıqları və xidmət tədarükçülərinin axtarışı, təhlili və seçimi;
  • Təkliflərin düzgün analiz olunması və müqayisəsinin təşkili;
  • Çatdırılmanın, logistika və nəqliyyat nəzarətinin təşkili;
  • Alınan malların keyfiyyətinə nəzarət.

Əmək haqqı

  • Razılaşma yolu ilə.

İş şəraiti:

  • İş saatı: 09-00-dan 18-00-dək;
  • İstirahət: Şənbə və bazar günü.

Tələblər:

  • Yaş həddi: 23-45
  • Təhsili: Ali təhsilli;
  • İş təcrübəsi: Minimum 2 il
  • Dil bilikləri: Rus və İngilis dilini bilənlərə üstünlük verilir;
  • Kompüter biliyi: Word, Excell, Internet Explorer.

Əlavə Tələblər:

  • Satınalma və təchizat sahəsində təcrübə (texniki biliyi olan, IT avadanlığı və hissələrin,  elektrik və elektronik malların və onların  ehtiyat hissələrinin alışı təcrübəsi olanlara üstünlük verilir);
  • Yaxşı analitik və ünsiyyət bacarıqları, danışıqların aparılma bacarıqları;
  • Qiymətlərin formalaşdırılması metodları və strategiyasını bilməli;
  • Satınalma sənədlərini hazırlama qabiliyyəti;
  • Satınalma müqavilələri ilə işləmə bacarığı;
  • Yüksək məhsuldarlıq və irihəcmli informasiyalarla işləmə qabiliyyəti;
  • Xarici və daxili ezamiyyətlərə getmə imkanı.

Qeyd

  • İşçi işin funksiyasından asılı olaraq müvafiq sınaq müddəti nəzərə alınmaqla işə qəbul olunur;
  • Anket məlumatlarına yanlış və qeyri-düzgün məlumatlar daxil etdiyi aşkar olunan şəxslər işə götürülmürlər;
  • CV-ləri [email protected] ünvanına göndərin.

Elanın bitmə tarixi: 09.10.2022