Şəbəkə Əməliyyat Mərkəzinin kiçik mütəxəssisi/mütəxəssisi

PASHA Technology

Şəbəkə Əməliyyat Mərkəzinin kiçik mütəxəssisi/mütəxəssisi

My default image 

 

Əsas öhdəliklər:

  • Şəbəkə əməliyyat mərkəzində müxtəlif alətlər dəstindən daxil olan həyəcan siqnallarının və bədbəxt hadisələrin çeşidlənməsi və yoxlanılmasının həyata keçirilməsi;
  • Həyəcan siqnallarının araşdırılması və müvafiq tədbirlərin görülməsi üçün müvafiq komandaya bildirilməsi;
  • Şəbəkə əməliyyat mərkəzi tərəfindən idarə olunan təhlükəsizliyə nəzarət mexanizmləri vasitəsilə təsdiqlənmiş mexaniki, ssenariləşdiriliş və ya avtomatlaşdırılmış yumşaltma tədbirlərinin həyata keçirilməsi;
  • Göstəriş əsasında yumşaltma və islahedici tədbirlərə yardımın göstərilməsi;
  • İşlərin idarə olunması alətində işlərin emal edilərək yekunlaşdırılması;
  • Şəbəkə əməliyyat mərkəzinin tərəfindən yekunlaşdırılmış əsas işlər üçün hadisə sonrası təhlilin aparılmasında iştirak;
  • Şəbəkənin müdafiə sistemləri, müdaxilələrin aşkar edilməsi və qarşısının alınması sistemləri, VPN, veb tətbiqlərinin müdafiə sistemləri və bir sıra digər təhlükəsizlik məhsullarının trafik və qeydiyyat jurnalının monitorinqi; 
  • Effektiv TCP/IP şəbəkə bacarıqlarından istifadə edərək ümumi şəbəkə problemlərini təcrid etmək və diaqnoz qoymaq üçün şəbəkə nasazlıqlarının aşkarlanması və aradan qaldırılması;
  • Telefon və digər elektron vasitələrlə qəbul edilmiş idarə edilən xidmətlərlə bağlı texniki yardım barədə sorğuların cavablandırılması ;
  • Konfiqurasiya, texniki istismar, bədbəxt hadisələrin idarə olunması və digər məsələlərlə bağlı sorğuların vaxtında cavablandırılması (rəsmiləşdirilmiş xidmət səviyyəsi haqqında müqavilə çərçivəsində);
  • Şirkət daxilində və müştərilərlə effektiv məlumat mübadiləsi aparmaq üçün "PAŞA Technology" MMC-nin sorğuların yönləndirilməsi sistemində tədbirlərin sənədləşdirilməsi;
  • Müştərilərin idarə olunan cihazları vasitəsilə şəbəkə və ya bulud resurslarına çıxışla bağlı ehtiyaclarının qarşılanması və suallarının cavablandırılması;
  • Müəyyən edilmiş siyasət, prosedur və təhlükəsizlik prosedurlarına əməl edilməsi;
  • Problemlərin müstəqil şəkildə həll edilməsi və məruzə prosedurlarının başa düşülməsi;
  • İnfrastruktur nasazlıqlarının aradan qaldırılması;
  • Kondisioner, UPS, generatorlar, enerji istehlakı, sağlamlıq, təhlükəsizlik və inzibati-təsərrüfat fəaliyyəti üzrə cari yoxlanışların monitorinqi və idarə olunması yolu ilə avadanlıqların texniki xidmətinin həyata keçirilməsi;
  • Kolokasiya, müştəri üçün ehtiyat surətlərin yaradılması şəbəkəsi və internet xidməti provayderi xidmətləri üçün 1-ci səviyyəli yardımın göstərilməsi;

İş rejimi:

  • Növbəli iş rejimi

Tələb olunan bilik və bacarıqlar: 

Təhsil:

  • Mühəndislik və ya Texniki sahə üzrə Ali təhsil.
  • Texnologiya sahəsində fəaliyyət göstərən şirkətlər tərəfindən verilmiş əlavə sertifikatların olması üstünlükdür;

Təcrübə və bacarıqlar:

  • Texniki dəstək və ya bənzər rol üzrə minimum 2 il iş təcrübəsi arzu olunandır;
  • Şəbəkə diaqnostikası bacarıqları arzu olunandır; 
  • "Linux" əməliyyat sisteminin əmr sətri interfeysi üzrə əsas bacarıqlar;
  • "Windows" əməliyyat sistemi üzrə əsas bacarıqlar;
  • Gərgin fəaliyyət göstərən komandada effektiv çalışmaq, tez öyrənmək və bir çox problemi həll etməyi bacarmaq;
  • Güclü analitik bacarıqlar, müxtəlif mənbələrin məlumatlarını müqayisə etmək və şərh etmək qabiliyyəti;
  • Biliyini artırmaq və özünü inkişaf etdirmək arzusu;
  • Gündəlik əməliyyatlarda dürüst olmaq: 
  • Əməliyyatların keyfiyyətini təmin etmək;
  • Qurum daxilində, həmkarlar, təchizatçılar və tərəfdaşlarla sıx əməkdaşlıq prinsiplərinə əməl etmək. 
  • İnsanlarla təbii və effektiv şəkildə ünsiyyət qurmaq.

Kompütür Bilikləri:

  • "Microsoft Office" proqramlarından istifadə bacarıqları; 
  • Data Mərkəzləri mühiti və "Tier" standartları üzrə biliyin olması arzu olunandır;
  • Bulud modelləri və bulud təhlükəsizliyi üzrə bilik;

Dil bilikləri:

  • İngilis dili - Yaxşı
  • Azərbaycan dili - Ana dili 
  • Rus dili – Yaxşı

Son müraciət tarixi: 15 Fevral 2023-ci il.

Müraciət etmək istəyən namizədlər vakansiyanın adını “mövzu” bölməsində qeyd etməklə CV-ni [email protected] elektron ünvanına göndərə bilərlər. İşə qəbul prosesinin növbəti mərhələsi üçün  vakansiyanın tələblərinə cavab verən namizədlərlə əlaqə saxlanacaq.

Elanın bitmə tarixi: 15.02.2023