Məlumat bazası tərtibçisi (Database developer)

Enginet LLC

Məlumat bazası tərtibçisi (Database developer)

My default image 

Vəzifə öhdəlikləri:

  • Məlumat Bazasının dəstəklənməsi üçün uyğun şərtlərin müəyyənləşdirilməsi və lazımi tədbirlərin görülməsi barədə məlumatın müvafiq məsul şəxslərə çatdırılması;
  • Məlumat bazasında olan informasiyanın dolğunluğunun və bütövlüyünün qorunması;
  • Məlumat mənbələrindən düzgün istifadə edərək təhlükəsizliyi qorumaq şərti ilə hesabatların sifarişlərə uyğun yığılması və yenilənməsi;
  • Hesabat sistemində yaranan çətinliklərin aradan qaldırılması;
  • Hesabatlarda əks olunan məlumatların keyfiyyətini, aktuallığını və obyektivliyini təmin etmək, zəruri hallarda məlumat sahiblərinə hesabatın uyğunsuzluğu barədə məlumat vermək;
  • Hesabat sistemində konfidensiallığı qorumaq şərti ilə istifadəçi rolları və giriş izinlərinin idarəedilməsi;

Namizədə verilən tələblər:

  • Müvafiq sahədə Ali təhsil üstünlükdür;
  • Müvafiq sahədə 5+ il iş təcrübəsi;
  • ETL formatlı məlumatların idarəolunmasında təcrübə;
  • SQL dilində məlumat bazasının yaradılması və idarəolunmasında təcrübə;
  • Biznes analitika üzrə iş təcrübəsi;
  • Azərbaycan, rus və ingilis dillərini mükəmməl səviyyədə bilməli;
  • Komandada işləmək bacarığı, detallara diqqət yetirmə; analitik zəka

İş qrafiki: 5 günlük iş qrafiki

Əmək haqqı barədə məlumat müsahibə zamanı təqdim olunacaq.

Müraciət qaydası:  CV-nizi [email protected] elektron poçt ünvanına, mövzu sahəsində vəzifə adını - Məlumat bazası tərtibçisi” yazmaqla göndərə bilərsiniz.

Elanın bitmə tarixi: 16.10.2022