Gabala Hospitality Group

Klaster IT Menecer

undefined 

 

Namizədə dair tələblər:

  • İT-yə uyğun olaraq bütün informasiya texnologiyaları sistemlərinin və əlaqəli elektron sistemlərinə (Kamera nəzarət sistemləri, Səs-işıq sistemləri idarə edilməsi, bina idarəetmə sistemləri, qapı kilidi sistemləri və s.) dəstək və idarəetmə, inventarlaşdırma, texniki xidmət, giriş təhlükəsizliyinin təmini sahəsində təcrübə.
  • Virtualizasiya VMware, HyperV, yedəkləmə texnologiyaları, şəbəkə cihazları, təhlükəsizlik cihazları(Firewall), Endpoint IDR, XDR SIEM məhsulları haqqında bilikli olmalı və idarəetmə bacarığı olmalı,
  • Otel sistemlərinin (OPERA, FIDELIO, MC və s.) işləmə məntiqini bilməli və POS sistemlərinin idarə edilməsində təcrübə,
  • Qonaq İnterneti, Əmlak İdarəetmə Sistemləri – Otel və Restoran sistemləri, İP telefon sistemi, təhlükəsizlik və CCTV sistemlərinin düzgün işləməsi və koordinasiyası sahəsində təcrübə,
  • Crystal Report Raporlama  sistemi ilə işləmə bacarığı, lazım gəldikdə yeni hesabatların təqdimatının düzəldilməsi və dəyişdirilməsi sahəsində təcrübə,
  • İdarə etmək və ehtiyac olarsa müdaxilə edəcək qədər DB (Oracle, SQL) bilikləri.
  • Active Directory İstifadəçi idarəsi GPO idarəetməsi təcrübəsi,
  • Windows əsaslı sistemlərin quraşdırılması, sazlaması və problemlərin aradan qaldırılması sahəsində təcrübə, Microsoft 365 Mail idarəetmə sistemi və panelinə hakim , Azure AD idarəetməsi.
  • ITIL® Foundation Sertifikatının olması və ya bu sahədə təlim keçmiş və ISO 27001 proseslərini bilməli.
  • Şəbəkə bilikləri (OSI, TCP/IP, SDN və s.);
  • Kiber təhlükəsizlik sistemlərinin qurulması sahəsində təcrübə;
  • Autentifikasiya sistemləri, logların idarə edilməsi, məzmunun filtrasiyası sahəsində iş təcrübəsi;
  • Ən son təhlükəsizlik prinsiplərini, texnikalarını və protokollarını hərtərəfli başa düşmək,
  • Rəhbərlik tərəfindən verilən digər İT və ya Sistemlərlə bağlı tapşırıqları yerinə yetirmək bacarığı.
  • Müvafiq sahədə Ali təhsilin olması;
  • İnformasiya Texnologiyaları sahəsi üzrə ən azı 5 il (rəhbər kimi 3 il) iş stajına sahib olmaq.

İşin təsviri:

  • Mövcud olan standard əməliyyat prosedurlarının və protokollarının icra edilmsinin təmin edilməsi və təkmilləşdirilməsi;
  • Kompüter sistemlərinin, şəbəkələrin və məlumatlarının mühafizəsi üçün təhlükəsizlik tədbirlərinin hazırlanması, həyata keçirilməsi və izlənməsi;
  • Sistemlər üzrə təhlükəsizlik tələblərinin müəyyənləşdirilməsi;
  • İT və elektron məlumat əməliyyatlarını planlaşdırması, təşkili, nəzarəti və qiymətləndirməsi,
  • İşçilərin işə götürülməsi və təlimləndirilməsi, onların fəaliyyətini qiymətləndirmək yolu ilə işçilərin idarə edilməsi. 
  • Təşkilati siyasətə töhfə vermək üçün istifadəçi ehtiyaclarına və sistemin funksionallığına uyğun hərəkət etmək.
  • Şəbəkə konfiqurasiyasına, Serverlərə, İş stansiyalarına, Şəbəkə avadanlığına, PABX, e-poçt hesablarına, həmçinin əsas server/desktop infrastrukturunun dəstəyinə nəzarət etmək və idarə etmək.
  • İllik büdcə xərclərinin idarə edilməsi və xərclərin səmərəliliyinin təmin edilməsi.
  • Böyük İT layihələrinə rəhbərlik etmək, idarə etmək və müxtəlif texnologiyalar üzrə İT infrastrukturlarını yaratmaq.

İş şəraiti:

  • İş günləri: 5 günlük iş həftəsi
  • Qəbələdə yaşamaq üçün kirayə ev təminatı
  • Əmək haqqı namizədin tələblərə uyğunluğu və hospitality sahəsindəki təcrübəsi nəzərə alınmaqla net 2500-3500 AZN aralığında təyin ediləcək.

Maraqlananlar CV məlumatlarını başlıq hissəsinə vəzifə adını qeyd etməklə  Word və ya  PDF formatda [email protected] elektron poçt ünvanına göndərə bilərlər

Müraciətlər vakansiyanın tələblərinə əsasən dəyərləndiriləcək və yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.

Elanın bitmə tarixi: 28.04.2023