Caspian Innovation Center
Data Analitika üzrə aparıcı məsləhətçi - Proqram təminatı
Vəzifə öhdəlikləri:
Biznes tapşırıqlara uyğun datanın analiz olunması, yeni modellərin qurulması və tətbiqi;
Toplanmış məlumatların analizi, müxtəlif analitik təhlil və vizuallaşdırma vasitələri ilə işləmək bacarığı;
Data modelləşdirmə və statistik metodlardan istifadə etməklə tapşırığa əsasən müvafiq proseslərin əlaqələndirilməsi
Tətbiq olunmuş modellərin izlənilməsi və optimallaşdırılması;
ETL prinsipi əsasında müxtəlif mənbələrindən məlumatları əldə etmək;
Biznesin istəklərinə uyğun istifadəsi asan, çox funksiyalı və ya mürəkkəb dashboardların hazırlanması;
Data Analitikaya dair bazarda en son tendensiyaları və ən yaxşı təcrübələrdən daim xəbərdar olmaq və iş prosesində tətbiq etmək;
CIC-nin informasiya təhlükəsizliyi tələblərinə riayət etmək;
İşin keyfiyyətini artırmaq və ya buna kömək olacaq fikirləri irəli sürmək bacarığına malik olmaq;
Departament rəhbərinin və menecerinin verdiyi tapşırıqları icra etmək;
Menecerin olmadığı təqdirdə hadisəni həll etmək;
Layihə qrupunun üzvü kimi bir və ya daha çox layihələrdə iştirak etmək.
Bilik və bacarıqlar:
Müvafiq sahə üzrə ən azı 3 il iş təcrübəsi daxil olmaqla minimum 5 il ümumi iş təcrübəsi;
Ali təhsil (kompüter elmləri, kompüter mühəndisliyi və riyaziyyat ixtisasları üzrə olması arzu olunandır);
OLAP və OLTP sistemlərinin prinsiplərini anlamaq;
Power BI platformasında əla səviyyədə, eyni zamanda Tableau və digər data vizualizasiya proqramları ilə yaxşı səviyyədə işləmə bacarığı;
Verilənlər Bazası (DB) ilə işləmə bacarığı;
SQL-də analitik funksiyalarla işləmə bacarığı;
SAP BW/BO/BI platformalarında təcrübəsinin olması üstünlükdür.
Data analitika, Biznesin Təhlili sahəsində iş təcrübəsinin olması üstünlükdür.
Böyük həcmdə məlumatların emal olunması təcrübəsi və Python (və ya oxşar dillər) və əlaqəli analitika kitabxanaları üzrə praktiki biliklər;
Rus və İngilis dili biliyi (texniki səviyyədə mütləqdir);
Təşkilatın bütün səviyyələrində aidiyyatı tərəflərlə səmərəli işləmək üçün mükəmməl ünsiyyət və əməkdaşlıq bacarıqları;
Yüksəl templi mühitdə çoxlu tapşırıqları idarə etmək və işi prioritetləşdirmək bacarığı;
Detallara güclü diqqət və məlumatların keyfiyyəti ilə bağlı problemləri müəyyən etmək bacarığı;
Statistik təhlil üsulları və onların biznes kontekstində tətbiqləri haqqında biliklər;
Komandada işləmək bacarığı;
Biz nə təklif edirik:
5/2, 09.00-18.00;
Nahar xərcinin ödənişi;
İllik performans və layihə bonusları;
Korporativ sağlamlıq proqramı: VIP könüllü sığorta və idman zallarına xüsusi endirim;
“Learning Hub” təlim platformalarına giriş.
Müraciət üçün xahiş edirik linka keçid edəsiniz https://www.caspianic.com/?department=2&position=career54
Qeyd: Növbəti mərhələ üçün yalnız vakansiyanın tələblərinə uyğun olan namizədlər ilə əlaqə saxlanılacaqdır.
Elanın bitmə tarixi: 05.10.2023