Kontakt Home
Data analitik
Vəzifə öhdəlikləri:
Biznes tapşırıqlarına uyğun datanın analiz olunması;
Yeni modellərin qurulması və tətbiq edilməsi;
Tətbiq olunmuş modellərin izlənilməsi və optimallaşdırılması, yenidən öyrədilməsi.
Tələblər:
Ali təhsil (İqtisadiyyat, statistika üzrə təhsil arzuolunandır)
Müvafiq sahə üzrə minimum 2 il iş təcrübəsi;
Səlis Azərbaycan və Rus dili biliyi, İngilis dili biliyi üstünlükdür;
Python, SQL, Google Data Studio, Excel bilikləri;
Dataları oxumaq, emal etmək və təqdim edə bilmək bacarığı;
Məntiqi-analitik düşüncə qabiliyyəti və riyazi biliklər;
Datalardakı anomaliyaları müəyyən etmək, onları oxuya bilmək və həll üçün hipotezalar yarada bilmək bacarığı;
Verilən tapşırığa adaptasiya olma və sərbəst araşdırma qabiliyyəti;
İri həcmli datalarla iş təcrübəsi, nəticə yönümlülük;
ETL prosesində iştirak;
Xml, Json, Csv və digər formatlarda olan məlumatlarla işləmək bacarığı;
Machine learning biliyi, Bununla əlaqəli olan istənilən real araşdırma və ya biznes-layihədə təcrübənin olması arzu olunandır.
İş şəraiti:
İş günləri: I-V günlər;
İş saatı: 09:00-18:00;
Rəqabət qabiliyyətli əmək haqqı.
Qeyd olunan tələblərə uyğun namizədlər aşağıdakı linkə daxil olaraq vakansiyaya müraciət edə bilərlər.
Müraciətlər vakansiyanın tələblərinə əsasən dəyərləndiriləcək və yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.
Müraciət üçün link: https://glorri.com/az/abc-telecom/64b9244d46d6cf3f35a38664-Data%20analitik
Elanın bitmə tarixi: 19.10.2023