Ziraat Bank Azərbaycan

Baş proqramçı

My default image 

Vəzifəyə olan tələblər:

  • İnformasiya Texnologiyaları və ya oxşar ixtisas üzrə bakalavr və ya magistr dərəcəsində ali təhsil;
  • Analitik təfəkkür və alqoritmik düşünmə qabiliyyəti;
  • Ümumilikdə 3-5 il iş təcrübəsinin olması
  • Komandada işləmək, individual qərarlar alabilmək və stres altında işləyə bilmək;
  • Biznes və texnologiyanın tələblərini anlamaq;
  • Professional olaraq inkişaf etmə arzusu;
  • Proqram təminatının təmin olunması prosesi haqqında biliklər;
  • C#, .NET, ASP.NET, MVC, JavaScript, XML, CSS, JSON üzrə təcrübə;
  • Windows, SOAP və RESTfull servisləri ilə iş təcrübəsi;
  • OOP prinsiplərini yaxşı başa düşmək və tətbiqi;
  • RDBMS, SQL bilikləri;
  • Effektiv və strukturlu proqram kodu yazma qabiliyyəti;
  • Rus/İngilis/Türk dillərində yazışma və ünsiyyət səviyyəsində biliklər.

Əsas vəzifələr: 

  • Yeni layihələrin başlanması və dəstəklənməsi, aktual layihələrin təkmilləşdirilməsi;
  • Səliqəli və oxunaqlı kodlar yazmaq bacarığı;
  • Verilənlər Bazası (DB) və WEB Servislərlə işləmə;
  • Şlüzlərin hazırlanması (API) və xarici servislərlə əlaqədar işlənməsi;
  • Yazılan servislərin analizi, müşaiyət olunması və xətaların aradan qaldırılması.

Göstərilən tələblərə cavab verən namizədlər İyul ayının 28-nə qədər öz CV formalarını [email protected] elektron ünvanına təqdim etməlidirlər. Müraciət məktubunun mövzu hissəsində “Baş proqramçı” qeyd edilməsi vacibdir.

İşəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.