İnnovasiya və Rəqəmsal İnkişaf

Aparıcı İT biznes analitik

My default image 

Təsvir

  • İnformasiya sistemləri üzrə iş proseslərini, həmçinin təklif olunan layihələrin miqyasını müəyyən etmək;
  • İnformasiya sistemləri üzrə sifarişçi ilə analitik müsahibələri aparmaq, proqram təminatına dair tələbləri toplamaq, tələbləri, istəkləri və imkanları nəzərə alaraq məlumat və proseslərin modellərini sxemlər vasitəsi ilə təsvir etmək;
  • İnformasiya sistemlərinin hazırlanmasına və təkmilləşdirilməsinə dair texniki təklif, texniki tapşırıq və digər analiz sənədlərini hazırlamaq;
  • Yeni biznes proseslərin tətbiqi üçün müvafiq tələbləri müəyyənləşdirmək;
  • Beynəlxalq praktikada baş verən inkişaf meylləri nəzərə alınmaqla araşdırmalar aparmaq;
  • Mövcud olan informasiya sistemləri və istifadə olunan texnologiyaların ekspertizasını aparmaq;
  • Biznes analiz ilə bağlı proseslərin təkmilləşdirilməsi ilə əlaqədar məlumat və rəy təqdim etmək;
  • “Agile” və qeyri-”Agile” proseslər kontekstində biznes ehtiyaclarına cavab verən texniki həlləri layihələndirmək və inkişaf etdirmək üçün proqramçılar və digər İT mütəxəssislər ilə əməkdaşlıq etmək;
  • Tələbləri proqram təminatı komandasına effektiv şəkildə çatdırmaq üçün “user story”-lərin, “acceptance criteria”-ların və digər “Agile artefakt”-ların təkmilləşdirilməsində iştirak etmək;
  • Layihələrin vaxtında və büdcə daxilində tamamlanmasını təmin etmək üçün layihə menecerləri və digər komanda üzvləri ilə sıx əməkdaşlıq etmək;
  • Maraqlı tərəflər və layihə komandası üzvləri ilə müsbət əlaqələr qurmaq və bu əlaqələri inkişaf etdirmək;
  • Texniki məlumatları qeyri-texniki maraqlı tərəflərə aydın və başa düşülən şəkildə kommunikasiya etmək;
  • “Sprint planning”, gündəlik “stand-up”, “sprint review” və “retrospektiv”-lər kimi “Agile ceremony”-lərində iştirak etmək;
  • Müvafiq qanunvericilik və tənzimləyici çərçivələri dərindən başa düşmək;
  • Vəzifəsi üzrə departament müdiri və şöbə müdiri tərəfindən verilən tapşırıqları yerinə yetirmək.

Tələblər

  • Ali təhsil (İT istiqamətində olması üstünlükdür);
  • Müvafiq sahə üzrə ən azı 2 (iki) il iş təcrübəsi;
  • "Canva", "Camunda", "Lucidchart" və başqa müasir alətlər ilə BPMN diaqramlarının hazırlanması üzrə bilik və bacarıqlara sahib olmaq;
  • "Miro", "Figma", "Jira", "Confluence" və başqa müasir alətlər üzrə bilik və bacarıqlara sahib olmaq;
  • Texniki baxımdan yüksək peşəkarlıqla təqdimat hazırlamaq və təqdim etmək bacarığına sahib olmaq;
  • İngilis dili biliyi - texniki səviyyədə;
  • Sahə üzrə sertifikatlara malik olmaq üstünlükdür.

 

Müraciyət üçün: https://jobs.glorri.az/vacancies/idda/idda-aparici-it-biznes-analitik-6680/apply?source

 

Elanın bitmə tarixi: 24.12.2024