Tikiş sexlərində işləmiş təcrübəli işçilər tələb olunur
Xüsusilə mürəkkəb əməliyyatların yerinə yetirilməsi metod və yollarını bilən işçilərə ehtiyacımız var
Müxtəlif geyim nümunələrini tikməyi, əsasən də uniforma tikə bilən, tikiş maşınlarında tikiş əməliyyatlarını sərbəst yerinə yetirə bilən işçilərə üstünlük verilir
İş rejimi: I-V günlər saat 08:00-dan - 17:00-dək
İstirahət günləri: VI-VII günlər və təqvim üzrə bayram günləri
Nahar fasiləsi: 13:00-dan - 14:00-dək
Nahar müəssisə tərəfindən verilir
İşə gəliş-gediş üçün metro stansiyalarına servis avtobusları işçilərin xidmətindədir
Elanla bağlı müraciətləri yalnız iş saatlarında etməyiniz xahiş olunur
Xüsusi tələblər:
Tikişin tiplərini; məhsulların assortimentini
Xidmət göstərən maşınların konstruktiv xüsusiyyətlərini
Əməyin mühafizəsi, istehsalat sanitariyası, texniki təhlükəsizlik və yanğın təhlükəsizliyi qaydalarına riayət etmək
Əmək haqqı işəmuzd ödəmə şərtilə həyata keçirilir
Müxtəlif materiallardan geyim məhsullarının tikilişi üçün xüsusən mürəkkəb əməliyyatların maşın və ya əllə yerinə yetirilməsi
Xidmət göstərən avadanlığın işində ortaya çıxan nöqsanların aradan qaldırılması
Tikiş texnologiyasına və tikiş maşınlarının istismar qaydalarına tam əməl etməklə yüksək keyfiyyətli məhsul istehsal etmək
Tikiş maşınlarının işinə nəzarət etmək, maşınları vaxtında təmizləmək;iş vaxtından səmərəli istifadə etmək
Daxili əmək intizamına və plan-tapşırıqlara əməl etmək