Ramco CJSC

Smeta mühəndisi

1684 - 2133 AZN

My default image 

 

Namizədə olan tələblər:   

  • Təhsil: Ali; 
  • Kompüter bilikləri: MS Office proqramları, AutoCAD, digər proqram bilikləri üstünlükdür; 
  • Dil bilikləri: Azərbaycan dili; digər dil bilikləri əlavə üstünlükdür;
  • İş təcrübəsi: Müvafiq sahədə 5 ildən az olmayaraq;
  • Ehtiyyac olduqda müxtəlif bölgələrə ezamiyyətə getmək imkanı; 
  • Analitik düşüncə bacarığı; 
  • Təşkilatçılıq bacarıqları; 
  • Komandada işləmək bacarığı, təşəbbüskarlıq, gərgin iş rejimində işləmək bacarığı.

Vəzifə öhdəlikləri:  

  • Tender təklifilərinin hazırlanmasında birbaşa iştirak etmək, iş həcmlərinin layihəyə uyğunluğunu yoxlamaq; 
  • Subpodratçılar tərəfindən icra olunan işi müəyyənləşdirmək, kommersiya təkliflərinə dair müraciətləri formalaşdırmaq və göndərmək; 
  • Xaricdən alınan materialları və cihazları müəyyənləşdirmək, kommersiya təkliflərinə dair müraciətləri formalaşdırmaq və lazımi çertyojlar və spesifikasiyalar ilə birgə  təchizat şöbəsinə göndərmək;
  • Layihənin, həmçinin subpodratçılar üçün alınmalı materialların siyahısını hazırlamaq və qiymətlərə dair sorğunu təchizat şöbəsinə göndərmək; 
  • Texniki xüsusiyyətləri və sayı göstərilməklə layihə üçün lazımi maşın-mexanizmlərinin siyahısını hazırlamaq, kirayə qiymətlərinin və yanacaq sərfiyatı normalarının əldə olunması məqsədi ilə nəqliyyat şöbəsinə göndərmək; 
  • İş həcmlərinin cədvəlinin hər bəndinə uyğun 1) texnika və işçi qüvvəsi, 2) materialların hər vahidinə dair qiyməti göstərmək. Hazır işəmuzd qiymətləndirilməsi olmayan işlər, həmçinin, maşın-mexanizmlərin cəlb edilməsi ilə görülən işlər üçün işlərin görülməsinin maya dəyərinin kalkulyasiyasını aparmaq; 
  • Bütün hesablamaları və maya dəyərinin yekun smetasının yoxlanması məqsədilə Texniki şöbənin rəhbərinə təqdim etmək;
  • Sahə texniki ofisindən gələn hesabatları yoxlamaq,bu hesabatlar əsasında aylıq irəliləmə hesabatı hazırlamaq; 
  • Subpodratçılara veriləcək işin həcmini və qiymətini razılaşdırmaq; 
  • Təsdiq olunmuş qiymətlər cədvəlinə uyğun ümumi forma-2 ləri hazırlayıb rəhbərliyə imza üçün təqdim etmək. 

İş şərtlərimiz: 

  • Əmək haqqı: 1684-2133 AZN;
  • İş qrafiki : Tam iş günü (5 gün);   
  • İş saatları: 08:30-17:30.   

Ünvan: Yasamal ray., Mətbuat pros., Mirəli Seyidov küçəsi 28\30 (21 nömrəli məktəbin yaxınlığı).      

Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsinə “Smeta mühəndisi” yazaraq göndərmələri xahiş olunur. Yalnız tələblərə cavab verən  namizədlərlə əlaqə saxlanılacaqdır.     

Müraciət etmək üçün: [email protected] 

Elanın bitmə tarixi: 02.07.2023