SOCAR Downstream Management
Qaynaqçı
Vəzifənin məqsədi:
Qaynaq işlərinin müvafiq tapşırıqlara və qaynaq tipinə uyğun həyata keçirilməsini təmin etmək.
Vəzifə öhdəlikləri:
SƏTƏMM üzrə əməliyyatların mükəmməlləşdirilməsi proqramında SƏTƏMM mədəniyyətinin inkişaf etdirilməsində və Proses Təhlükəsizliyi İdarəetmə sisteminin qurulmasında dəstək olmaq;
Proses təhlükəsizliyi üzrə əlaqəli layihə sənədlərini (təhlükəsizlik sistemi avadanlıqlarının yerləşmə planı, texniki məlumat vərəqləri, Risk qiymətləndirmələri, Səbəb-Nəticə diaqramları) yoxlamaq;
Qaynaq işləri üzrə işin təşkili və qaynaq planlarını icra edilməsini təmin etmək;
Qaynaq işlərinin sağlamlıq və təhlükəsizlik tələblərinə uyğun olmasını təmin etmək;
Tapşırılmış qaynaq işlərini keyfiyyətli və sürətli şəkildə həyata keçirmək, qaynaq tikişlərinin keyfiyyətinə nəzarət etmək;
Qaynaq avadanlıqlarını saz vəziyyətdə saxlamaq;
Qaynaq cihazında müəyyən edilən nasazlıq haqqında rəhbər işçiyə məlumat vermək;
İş yerində sanitariya, gigiyena, yanğından mühafizə və texniki təhlükəsizlik qaydalarına əməl etmək.
Tələblər:
Müvafiq sahə üzrə peşə və ya orta texniki təhsil;
Qaynaq tiplərinə uyğun qaynaqçı sertifikatlarınin olması üstünlükdür;
Sahə üzrə ən azı 5 il müvafiq iş təcrübəsi;
Yaxşı texniki (cizgi oxuma, simvolları tanıma) və qaynaq növü TIG/SMAW/FCAW və s. bacarıqları olmalı;
Qaynaq keyfiyyətinin yüksəldilməsi və onun keyfiyyətinə təsir göstərə biləcək amilləri bilməli;
Mütləq şəkildə peşəkar səviyyədə Arqon (TIG) və Elektik qövs qaynağı (SMAW) həm nəzəri həm praktik bacarıqlarının olması;
Qaynaq sərf materiallarının sinifləri və tətbiq sahələrini bilməli;
WPS və qaynaq prosedurunu oxuya bilmək, prosedura uyğun şəkildə işi təşkil edə bilməli;
Dəqiq və nəticəyönümlü olmalı.
Müraciət forması:
Müraciət üçün uyğun namizədlərdən CV-lərini “mövzu” hissəsində vakansiyanın adını “Qaynaqçı” yazmaqla [email protected] elektron ünvanına göndərməyiniz xahiş olunur.
Son müraciət tarixi: 25.10.2023
Elanın bitmə tarixi: 25.10.2023