Göygöl Şərab Zavodu ASC

Kimyaçı

My default image 

Əmək funksiyası:

  • İstehsal prosesinə nəzarət, istehsal olunan hazır məhsulların, PET butulkanın və suyun yoxlanılması;

  • Testlərin icrası zamanı müşahidələri, nəticələri müəyyən edilmiş qayda ilə səliqəli şəkildə qeyd etmək;

  • Testlərin icrası zamanı keyfiyyət proseduralarına riayət etmək, bu zaman yaranan qeydləri qayda ilə səliqəli şəkildə, tam dolğun aparmaq;

  • Avadanlıqların istifadəsi zamanı onları yoxlamaq, kalibrə etmək, avadanlıqların dövri qulluq qaydalarına riayət etmək, bu zaman yaranan qeydləri qayda ilə səliqəli şəkildə, tam dolğun aparmaq;

  • İş prosesi ərzində yaranan istənilən uyğunsuzluq barəsində birbaşa laboratoriya mütəxəssisinə məlumat vermək;

  • Laboratoriya mütəxəssisinin tapşırığı və nəzarəti altında nümunələrin götürülməsi və laboratoriyaya çatdırılması;

  • Test proseduruna uyğun olaraq laboratoriya ləvazimatlarının, qablarının hazırlanması (yuyulması və s.);

  • Rəhbərliyin tapşırığı və nəzarəti altında sənədlərin hazırlanması;

  • Laboratoriya mütəxəssisinin tapşırığı və nəzarəti altında laboratoriya testlərini müəyyən edilmiş proseduralara əsasən vaxtında və keyfiyyətlə həyata keçirmək.

Tələblər:

  • Namizəd su təmizləmə sahəsində təcrübəyə malik olmalıdır;

  • Tələb olunan vəzifə üzrə minimum 3 (üç) il iş təcrübəsi;

  • “Göygöl Şərab Zavodu” ASC tərəfindən təqdim olunan CV formasına (linkdə yerləşdirilib) ciddi riayət olunmalıdır (təhsil barədə dolğun məlumat yazılmalı, əvvəlki iş yerləri barədə dolğun məlumat yazılmalı, yaşayış yeri dəqiq göstərilməlidir, CV-də namizədin fotoşəkili yerləşdirilməlidir və s.);

  • Göygöl rayonu və yaxın ərazilərdə yerləşən rayon və şəhər sakinlərinə üstünlük verilir.

  • “Göygöl Şərab Zavodu” ASC tərəfindən təqdim olunan CV forması düzgün tərtib edilmədikdə və digər CV forması təqdim edildikdə baxılmayacaqdır.

İş şəraiti: 

  • İş qrafiki: 09:00 - 18:00

  • Nahar ilə təmin edilir

  • Əmək haqqı: Müsahibə zamanı namizədin bilik və bacarığına uyğun təyin olunacaqdır

Mövzü yerinə “Kimyaçı” yazıb [email protected][email protected] və [email protected] elektron poçt ünvanlarına göndərməyiniz xahiş olunur.

Linkə daxil olaraq CV formasını doldura bilərsiniz: https://www.xan.az/elaqe-vakansiya

Elanın bitmə tarixi: 11.11.2023