İstehsalat üzrə operator

Veysəloğlu Şirkətlər Qrupu

İstehsalat üzrə operator

undefined 

Vəzifə və öhdəliklər:

  • İstifadə edilən avadanlığın işlək vəziyyətdə olmasını yoxlamaq
  • Bunkeri şəkər tozu ilə doldurmaq
  • Şəkər tozunun bunkerindən dəyirmana verilməsini nizamlayan tənzimləyicidə laboratoriya tərəfindən təyin olunmuş həddin sabit qalmasını, dəyişdirilməməsini təmin etmək
  • Üyüdülmüş şəkər pudrası tökülən navalçalara boş kisələri keçirərək xamıtla bərkitmək və navalçaların kranlarını açmaq
  • Şəkər üyütmə avadanlığını əməkdaş təlimatına əsasən işə salmaq
  • Avadanlığı işə salarkən və söndürərkən avadanlığın hissələrinin işə salınma və söndürülmə ardıcıllığına riayət etmək
  • Vəzifəsinin icrası ilə əlaqədar bilavasitə rəhbəri tərəfindən verilmiş digər tapşırıqları yerinə yetirmək
  • Texnoloji rejim, qulluq etdiyi avadanlığın quruluşu və istismar qaydalarına əməl etmək
  • Nəzarət-ölçü cihazlarının təyinatına və istifadə olunma qaydalarına əməl etmək                             
  • İstifadə olunan avadanlıqlarını istehsal prosesininin sonunda təmizləmək və növbəni digər əməkdaşa təhvil-təslim etmək                                                    
  • Təmizlik zamanı kimyəvi yuyucu vasitələrlə davranış qaydalarını bilmək və bununla bağlı təlimatlara əməl etmək                                                              

Tələblər:

  • Ali təhsilin (Texniki sahədə) olması arzuolunandır
  • Nizam-intizamlı olmalı, verilən tapşırıqları dəqiq və vaxtında yerinə yetirməli
  • Müvafiq ixtisas üzrə azı 6 ay-1 il iş təcrübəsi

Əmək şəraiti:

  • İş qrafiki: növbəli, 08:00 - 20:00; 20:00 - 08:00.
  • İş məkanı: Bakı şəhəri, Keşlə Qəsəbəsi, Ulduz Şokalad Fabriki
  • Yemək və servis təminatı mövcuddur
  • Əmək haqqı müsahibə əsasında təyin ediləcək.

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini 15 Oktyabr tarixinədək emailin mövzu hissəsində “İstehsalat üzrə operator” və ad, soyad qeyd edərək [email protected] elektron ünvanına göndərə bilərlər. İşəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.

Elanın bitmə tarixi: 13.10.2022