İstehsalat üzrə koordinator

Azerbaijan Fish Farm

İstehsalat üzrə koordinator

undefined 

 

Namizədə Tələblər:

  • Ali təhsil (Balıqşünaslıq, ixtiologiya və ya buna uyğun ixtisaslara üstünlük verilir);
  • Minimum 1 il sahə üzrə iş təcrübəsi;
  • MS office proqramlarını yüksək səviyyədə bilməli;
  • Azərbaycan dili, Rus dili, İngilis dili (arzuolunandır);
  • İstehsalat sahəsində təcrübə arzuolunandır;
  • Mətn, cədvəl və təqdimat hazırlanmasında dərin bacarıqlar;
  • Yüksək səviyyədə problem həll etmə və analiz bacarıqları;
  • Yaxşı şifahi və yazılı ünsiyyət bacarıqları;
  • Detallara diqqətli olmaq və təşkilatçılıq qabiliyyəti;
  • İş prioritetlərini düzgün təyin edə bilmək və eyni zamanda bir neçə işi görə bilmək.

Vəzifə üzrə öhdəliklər:

  • Balıqların təsərrüfatlar arasında yerləşdirilmə proseslərinə nəzarət edir;
  • Satış şöbəsinin tələblərinin qarşılanması üçün müəssisələrlə əlaqəyə girir və əmtəə məhsulunun vaxtında təmin olunmasına nəzarət edir;
  • Təsərrüfatlarda müxtəlif növ və yaş qrupuna aid balıqların artırılması, böyüdülməsi və yetişdirilməsində istifadə olunan biotexniki normativlərə riayət olunmasına nəzarət edir;
  • Balıqların yemlənməsi və yem rasionun hazırlanması prosesində iştirak edir;
  • Təsərrüfatların fəaliyyətini təmin edən bioloji əsaslandırmaların hazırlanmasında və həyata keçirilməsində, həmçinin digər prosedur sənədlərinin hazırlanmasında köməklik edir;
  • Bütün digər, Təsərrüfatlar, Departamentlər arası koordinasiyanı təşkil edir.

İş şəraiti:

  • AR Əmək Məcəlləsinə əsasən sənədləşmə
  • İş vaxtı: 5 günlük, istirahət günü: şənbə, bazar
  • İş yeri: Bakı şəhəri, mütəmadi olaraq regionlara işgüzar səfərlər
  • Əmək haqqı: Müsahibə əsnasında müəyyən olunacaqdır
  • Əlavə: Mobil telefon və korporativ nömrə

Vakansiyaya müraciət üçün CV-ləri “İstehsalat üzrə koordinator” mövzusu ilə [email protected] e-mail ünvanına göndərməyiniz xahiş olunur.

Elanın bitmə tarixi: 02.01.2023