İstehsalat təlimi ustası (yükqaldıran kranlar və qurğular üzrə)
İstehsalat təlimi ustası (yükqaldıran kranlar və qurğular üzrə)
1366 AZN
Vakansiyanın təsviri:
Tələbələrdə öyrənilən peşə ixtisas xasiyyətnaməsinin tələblərinə uyğun ixtisas bilikləri, bacarıqları və vərdişlərini formalaşdırmaq, onlara tədris– istehsalat işlərinin səmərəli üsullarla yerinə yetirilməsinin əsaslarını öyrənmək;
Tədris-istehsalat proqramına uyğun olaraq təlimin planlaşdırılması üzrə sənədləri tərtib etmək;
Təhlükəsizlik texnikasının tələblərinə və yanğına qarşı aparılan tədbirlərə uyğun olaraq tələbələrin müxtəlif əmək vərdişlərinə yiyələnmələri üçün təlimat keçirilmək;
Tələbələrin müvəffəqiyyətlərinə, nizam – intizamına və dərsə davamiyyətinə nəzarət etmək;
Tədris qrupu tələbələrinin xüsusiyyətlərini öyrənmək, onlarda seçdikləri peşəyə, öyrəndikləri fənlərə maraq aşılayır, vətənə məhəbbət və əməyə şüurlu münasibət tərbiyə etmək;
Tələbələrin sağlamlığına, tibbi – sanitariya xidmətinin təşkilinin qayğısına qalmaq və onların valideynləri ilə müntəzəm əlaqə saxlamaq;
Müntəzəm olaraq özünün ixtisas və pedaqoji səviyyəsini yüksəldirmək, pedaqoji təcrübəni, elm və texnikanın nəaliyyətlərini, bazar iqtisadiyyatınınxüsusiyyətlərini öyrənmək və onlardan tədris prosesində istifadə etmək;
Baş ustanın rəhbərliyi altında görülən bütün işlərin keyfiyyətlə, ətraf mühitə zərər vurmadan və təhlükəsiz yerinə yetirilməsinə nəzarət etmək.
Xüsusi tələblər:
Orta-ixtisas təhsili / Müvafiq sahə üzrə 5 İl / Müvafiq sahə üzrə 5 ilin minimum 1 ili müvafiq sahə üzrə mütəxəssis vəzifəsində iş təcrübəsi olmaqla
Sertifikat tələbləri 4 Sertifikat Müvafiq ixtisas kursu