Vəzifəsinə aid olan funksiyaları və rəhbərlik tərəfindən verilmiş tapşırıqları yerinə yetirir;
Müəssisənin bütövlükdə elektrik enerjisi ilə təchizatı işinə, istismar olunan elektrik maşın və avadanlıqların tələb olunan parametrlər çərçivəsində fasiləsiz elektrik enerjisi ilə təchiz olunması işinə rəhbərlik edir;
Elektrik avadanlıqlarının elektrik enerjisindən qənaətlə və məhsuldar istifadə olunmasına, istehsalat sahələrində işçilərin elektrik maşın, mexanizm və avadanlıqlardan düzgün istifadə edilməsinə, onlar tərəfindən təhlükəsizlik qaydalarına düzgün əməl olunmasına nəzarəti həyata keçirir;
Nəzarət–ölçü cihazları vasitəsilə vaxtaşırı bütün elektrik avadanlıqlarının parametrlərinin ölçülməsi işini təşkil keçirir;
Təmir edilmiş elektrik avadanlıqlarının, maşın və mexanizmlərin istismara qəbul edilməsində iştirak edir və ona rəy verir;
Xüsusi tələblər:
Şüşə zavoduna elektrik vəzifəsi üzrə vakansiya elan edilir. 2 növbəli iş rejimidir, hər həftənin bazar günü istirahət günüdür. Əməkhaqqı müsahibə əsasında razılaşma ilə müəyyən ediləcək. Əsasən istehsalatda çalışan, kran və telfer kimi avadanlıqlarla işləməyi bacaran namizədlərə üstünlük veriləcəkdir.