Alət və nəzarət sistemini funksional olaraq yoxlamaq (xəbərdarlıq sistemlərinin, kilidlərin və fərdi nəzarət geri bəsləmə sistemlərinin yoxlanılması daxil olmaqla);
PLC ilə PC arasında əlaqəni yaratmaq;
PLC programlarında lazımi dəyişiklikləri etmək;
HMI cihaz və proqramları texnoloji proseslərə görə tənzimləmək və lazımi dəyişiklikləri etmək;
Texnoloji proseslərin fasiləsiz işinin təmin olunması üçün avtomatik idarəetmə və ölçmə cihazlarının ehtiyat hissələrinin sifarişini açmaq;
Avtomatik idarəetmə və ölçmə cihazlarında nasazlıq müəyyən olunduğu zaman təmir edib yenidən işə salınmasını təmin etmək;
Bütün tip kontrollerlərin yoxlanılması üçün test ləvazimatını hazırlamaq;
Çoxfunksiyalı ölçmə cihazlarının kalibrasiyası və parametrlərin daxil edilməsi ilə məşğul olmaq;
Yeni xətlərin, təchizatların və cihazların ilkin testi və istehsalatda işə alınması ilə məşğul olmaq;
Avtomatika sistemi elementlərinin istismarı və təmiri üçün istismar təlimatı tərtib etmək;
Prosesə nəzarət parametrlərinin kompüter sisteminə keçirmək;
Prosesin kritik nöqtələrindəki axış, səviyyə, temperatur, təzyiq transmitterləri ilə transdüserlərin lazımi konfiqurasiyası və işə alınması ilə məşğul olmaq;
Texniki sənədləri və elektrik sxemlərini hazırlamaq.
İş qrafiki: Növbəli
İş yeri: Sumqayıt şəhəri
Xüsusi tələblər:
Ali təhsilli olmalı;
Proqramlana bilən məntiqi nəzarət (PLC) proqram təminatının əsaslarını (STL, LAD, FBD, SCL) bilməli;
PLC konfiqurasiyası, quruluşu, optimizasiyası və təmirinin əsaslarını bilməli;
SCADA (Supervisory Control and Data Acquisition), HMI (Human Machine Interface) proqramlarının tətbiqi və proqramlaşdırılmasının əsas prinsiplərini bilməli;
PLC ilə təchiz olunmuş proseslərin, xətlərin və makinaların texnoloji ve elektrik sxemlərini oxuya bilməli;
Kommunikatordan istifadə biliyinə sahib olmalı, PID nəzarət və təzyiq, səviyyə, temperatur və axış proses ölçmə prinsiplərini bilməli;
Çoxfunksiyalı mikrokontrollerlərin (sahə tipli) istifadə sahələri və nəzarət sistemlərində tətbiqini bilməli, ölçmə və kalibrasiya cihazlarından istifadə qaydalarını bilməli;
Mühərrik sürücülərinin, asinxron mühərrik sürətinin tənzimlənməsindəki rolunu, mühərriklərin gücünə görə sürücü seçilməsini, ilkin işə alınması zamanı iş parametrlərinin girilməsini bilməli;
PLC mikrokontroller ve elektron blokların yüksək yüklənmə və gərginlikdən qorunma sxemlərini bilməlidir.