Green Tech

Aqronom köməkçisi

My default image 

 

Vəzifə və öhdəliklər:

  • Kənd təsərrüfatı məhsullarının istehsal texnologiyası sahəsində biliklər;
  • Kənd təsərrüfatı bitkilərinin xəstəlik və zərərvericilərinə qarşı mübarizə tədbirləri sahəsində biliklər;
  • Herbisidlər, fungisidlər, insektisidlər və digər kimyəvi maddələr, onların təsiredici maddələri və istifadəsi sahəsində biliklər;
  • Periodik olaraq istixanada yetişdirilən bitkilərlə bağlı hesabatların hazırlanması.
  • Məsuliyyət daşıdığı istixana daxilində yığım proqramlarını, gübrələmə-dərmanlama prosesini izləmək və bu işlərin görülməsini təmin etmək;
  • İşçi qüvvəsi və texnikadan səmərəli istifadə olunması üçün əməyin düzgün təşkili və iş normalarının yerinə yetirilməsinə nəzarət etmək;

 

Tələblər və təminatlar:

  • Dil bilikləri: Azərbaycan, Rus və İngilis dili (arzu olunandır);
  • Təhsil: Ali təhsil, (Aqrar Universitetin tələbələrinə üstünlük verilir);
  • İş təcrübəsi tələb olunmur;
  • Analitik düşünmə qabiliyyəti,operativlik və çeviklik;
  • Qoyulmuş məslələrlə bağlı məqsədlərə nail olmaq bacarığı;
  • Kompüter bilikləri: MS Office, Outlook;
  • İş yeri (Binə, Zirə və Şüvəlan qəsəbəsi);
  • İş rejimi 6 günlük.
  • Nahar və Servis şirkət tərəfindən təmin edilir.
  • Əmək haqqı namizədin bilik, bacarıq və təcrübəsinə əsasən təyin edilir.

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini [email protected] elektron ünvanına göndərə bilərlər.

Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində “Aqronom  köməkçisi” şəklində göstərməyiniz xahiş olunur.

Elanın bitmə tarixi: 18.08.2023