Azərbaycan Dəmir Yolları
Təşkilati dizayn və planlaşdırma üzrə mütəxəssis
Vəzifə öhdəlikləri:
Kadr potensialına olan tələbatın təhlilini və proqnozlaşdırılmasını, habelə ADY-nin tələblərinə uyğun olaraq insan resurslarının kəmiyyət və keyfiyyət göstəricilərinin planlaşdırılması üzrə işləri icra etmək;
ADY-də mövcud olan vəzifə və peşələr üzrə iş analizləri keçirmək, onların kvalifikasiya, habelə kompetensiya tələblərini işləmək, vəzifə və peşələrin iş ailələri üzrə qruplaşdırılması və vəzifə təlimatlarının hazırlanması işlərini həyata keçirmək;
Ştat cədvəllərinin hazırlanması və onlara dəyişiklik edilməsi prosesini icra etmək;
Təşkilati strukturunun vizual təsvirini hazırlamaq və güncəl vəziyyətdə saxlamaq.
Namizədə dair tələblər:
Təhsil səviyyəsi: Ali;
Müvafiq sahə üzrə ən azı 1 (bir) il iş təcrübəsi;
Xarici dil: İngilis dili – yaxşı, Rus dili – yaxşı;
Kompüter bilikləri: MS Office (yaxşı);
Azərbaycan Respublikasının Əmək Məcəlləsi üzrə biliklər;
Dövlət hakimiyyəti orqanlarında, idarə, təşkilat və müəssisələrində kargüzarlığın aparılmasına dair biliklər;
Kadr işinin təşkili, sənədləşdirmə və hesabatların tərtib edilməsi;
İnsan resurslarının idarə edilməsi üzrə nəzəri biliklər;
İnsan resurslarına aid olan normativ, metodik və digər materiallar üzrə biliklər;
İş yükü analizi, vəzifə təlimatlarının hazırlanması və təşkilati strukturlarla işləmək təcrübəsi olan namizədlərə üstünlük veriləcəkdir;
Tələb olunan funksional keyfiyyət meyarları:
Dəyişikliklərə uyğunlaşma;
Məlumat əldə etmə;
Diqqətlilik.
İş qrafiki:
İş saatları 09:00 – 18:00;
Nahar fasiləsi: 13:00-14:00;
Şənbə və Bazar istirahət günü.
Müraciət etmə qaydaları:
Göstərilən tələblərə cavab verən namizədlər 28.11.2023 tarixinədək aşağıda qeyd olunan link vasitəsilə “Azərbaycan Dəmir Yolları” QSC-nin rəsmi karyera portalına keçid edərək vakansiyaya müraciət edə bilərlər.
Müraciətlər vakansiyanın tələblərinə əsasən dəyərləndiriləcək və yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.
Müraciət üçün link: https://career.ady.az/Vacancy/Get?id=4514#vp
Elanın bitmə tarixi: 29.11.2023