İnnovasiyalar Mərkəzi
Təlim üzrə mütəxəssis
Vəzifə öhdəlikləri:
Təlim ehtiyaclarının müəyyən olunması ilə bağlı təhlillər, sorğular və s. aparmaq, nəticələri təhlil etmək və ümumiləşdirmək;
Təlim proqramları hazırlamaq;
Korporativ təlimçi rolunda çıxış etmək;
Dövlət Agentliyinin tabeliyində olan bütün qurumlarda və “ASAN xidmət” mərkəzlərində fəaliyyət göstərən digər qurumların əməkdaşları üçün müxtəlif təlimlərin keçirilməsi ilə bağlı fəaliyyətdə iştirak etmək;
“ASAN kommunal” və funksional xidmətlər mərkəzlərində fəaliyyət göstərən əməkdaşlar üçün etik kursların təşkilini, vətəndaş axınının idarə olunması, vətəndaşları qarşılama, dinləmə, izahetmə bacarıqlarını inkişaf etdirən müxtəlif təlimlərin keçirilməsindən irəli gələn işləri icra etmək;
Təlim fəaliyyəti ilə məşğul olan mərkəzləri araşdırmaq və onların, habelə təlimçilərin elektron bazasını formalaşdırmaq, təlim təchizatçıları ilə qarşılıqlı əlaqələrin qurulması və aparılmasında iştirak etmək;
Təlim fəaliyyəti üzrə hesabatlar hazırlamaq, qiymətləndirmənin aparılması və iştirakçıların rəy və təkliflərinin əldə olunması üçün tədbirlər görmək;
Təlimlər, seminarlar, elmi-praktiki konfrans və simpoziumların keçirilməsi, habelə xüsusi bülletenlər və digər nəşrlərin buraxılması ilə bağlı fəaliyyətdə iştirak etmək;
Tələb edilən bilik, bacarıq və təcrübə:
Ali təhsil (Psixologiya üzrə ixtisası və ya Kouçluq təhsili olanlar üstünlük hesab edilir);
Müvafiq sahə üzrə ən az 1 il iş təcrübəsi;
Təlim proqramlarının müxtəlif auditoriyalar üçün hazırlanması (psixoloji, kouçvari istiqamətdə eləcə də özgüvən, sağlam düşüncə, konfliktli vəziyyətin idarə edilməsi və s.)
Yüksək səviyyədə şifahi və yazılı ünsiyyət bacarığı;
Təşkilatçılıq və təqdimat bacarığı;
Azərbaycan dilində səlis danışıq (rus və ya ingilis dilini bilmək üstünlük hesab edilir);
İş şəraiti:
5 günlük iş qrafiki
Əmək haqqı müsahibə əsasında müəyyən ediləcəkdir.
Göstərilən tələblərə cavab verən namizədlərdən öz CV-lərini 20.10.2023-cü il tarixinədək mövzu hissəsində “ Təlim üzrə mütəxəssis ” yazaraq [email protected] elektron ünvanına göndərmələri xahiş olunur.
Yalnız vəzifənin tələblərinə uyğun gələn namizədlərlə əlaqə saxanılacaqdır.
Elanın bitmə tarixi: 21.10.2023