AGRO - WEST DC LLC

Təlim Meneceri

My default image 

Namizədə olan Tələblər və bacarıqlar:

  • Ali Təhsil (Biznes, Psixologiya və ya əlaqəli sahə);

  • Təlim və İnkişaf sahəsində minimum 3 il təcrübə (FMCG sahəsində olması mütləqdir);

  • MS Office və Öyrənmə İdarəetmə Sistemləri (LMS);

  • Əla ünsiyyət və danışıqlar aparmaq bacarığı;

  • Əməkdaşların aydın məlumatlandırılması və konsultasiya edilməsinə imkan verən  yazılı və şifahi ünsiyyət qabiliyyəti;

  • Problemlərin həll edilməsi və danışıqların aparılması bacarığı;

  • Təşəbbüskar və yeni ideyalar təklif etmə bacarığı;

  • Güclü idarəetmə bacarıqları;

Vəzifə Öhdəlikləri:

  • İllik təlim və inkişaf ehtiyaclarının qiymətləndirilməsinin həyata keçirilməsi;

  • Qida və Satış sektorunda Təlim tədris edmə bacarıqlarının olması mütləqdir 

  • Təlim və İnkişaf proqramlarının hazırlanması;

  • Şirkət daxili və xarici təlimlərin təşkil olunması;

  • Fərdi və təşkilatı inkişaf ehtiyaclarının qiymətləndirilməsi;

  • Çoxpilləli qiymətləndirmə sisteminin yaradılması və tətbiqi vasitəsi ilə əməkdaşların işinə treyningin verdiyi tofhənin qiymətləndirilməsi ;

  • Təlimlərin idarəedilməsi sisteminin (LMS) dəstəklənməsində yardım;

  • Ehtiyac yarandıqda müxtəlif məsələlər ilə bağlı layihələrdə aktiv iştirak 

  • Nəticələrin əldə edilməsi üçün qərarların qəbulu zamanı üsul və texnikanın seçilməsi, eyni zamanda qiymətləndirmə meyarlarının tətbiq edilməsi;

  • Treyninq təchizatçıları ilə, departament direktorları ilə və s. ünsiyyət qurmaq;

  • İşçilərin treyninqlərə cəlb etmə və iştiraklarını təmin etmə məqsədi ilə güclü kommunikasiya strategiyasının qurulması.;

İş Şəraiti:

  • İş qrafiki: Həftə içi 5 gün;

  • İş saatı: 08:00 - 17:00;

  • Nahar şirkət tərəfindən təmin edilir;

  • Əmək haqqı: Müsahibə əsasında təyin olunacaq;

  • Ünvan: Bakıxanov qəs. B.Bünyadov küç.

Maraqlanan Namizədlər CV formalarını mövzu yerinə “Təlim Meneceri” yazaraq [email protected] e-mail ünvanına göndərə bilərlər.

Elanın bitmə tarixi: 15.12.2023