SƏTƏM üzrə mütəxəssis - Mingəçevir

MKT İstehsalat Kommersiya MMC

SƏTƏM üzrə mütəxəssis - Mingəçevir

My default image 

Vəzifə öhdəlikləri:

  • Əməyin mühafizəsi haqqında normativlərə və standartlara, təhlükəsizlik texnikası qaydalarına və digər normativ sənədlərə riayət olunmasına nəzərat edir;

  • Müəssisənin ərazisində xüsusi yanğından mühafizə vasitələrinin yerləşməsini müəyyən edir və onların daim hazır vəziyyətdə, istifadəyə yararlı olmasını nəzarətdə saxlayır;

  • Təlükəsizlik texnikası və əməyin mühafizəsi sahəsində vəziyyəti yaxşılaşdırmaq üçün planların hazırlanmasında iştirak edir; 

  • Xüsusi geyim, ayaqqabı və digər fərdi mühafizə vasitələrinin saxlanılmasına, verilməsinə və onlardan düzgün istifadə olunmasına nəzarət edir; 

  • İstehsalatda bədbəxt hadisə və ya peşə xəstəliyi nəticəsində əmək xəsarəti almış işçilərə dəymiş zərərin müəyyənləşdirilməsi və ödənilməsi üçün sənədlərin hazırlanmasında iştirak edir;

  • Rəhbərlik tərəfindən təyin edilmiş digər tapşırıqların icrası.

Tələblər: 

  • Ali təhsil;

  • Müvafiq sahə üzrə ən azı 2 il iş təcrübəsi;

  • Müvafiq sahə üzrə Sertifikatlar arzuolunandır;

  • Azərbaycan dili səlis, İngilis və Rus dili biliyi arzuolunandır;

  • MS Office (Word, Excel,Outlook)bilikləri.

Səriştələr: 

  • Məsuliyyətlilik;

  • Pozitiv;

  • Özünütəşkiletmə qabiliyyəti;

  • Nailiyyət yönümlülük;

  • Etibarlılıq.

Əlavə məlumat:

  • Əmək haqqı razılaşma əsasında; 

  • İş qrafiki: Altı günlük iş həftəsi

  • İş yeri: Mingəçevir şəhəri, Heydər Əliyev prospekti 69

Əgər özünüzü bu vakansiyanın tələblərinə uyğun hesab edirsinizsə və ölkənin pambıq iplik istehsalçısı olan “Mingəçevir Tekstil” MMC-də karyeranızı davam etdirmək, peşəkar və mehriban komandanın bir hissəsi olmaq istəyirsinizsə CVlərinizi mövzu hissəsində "SƏTƏM üzrə mütəxəssis" qeyd etməklə [email protected] e-mail ünvanına göndərə bilərsiniz.

Elanın bitmə tarixi: 30.11.2023