Mətanət A

İnsan resursları üzrə mütəxəssis

undefined 

Vəzifə öhdəlikləri:

  • Aidiyyatı iş yerlərində işləyən işçi heyyətinə aid verilən əmr, sərəncam və göstərişlərin qanunvericiliyin tələblərinə uyğun hazırlanmasıvə elektron qeydiyyatının aparılması (işə qəbul, işdən azad, vəzifə dəyişikliyi, məzuniyyət, ezamiyyət);
  • Yaranmış vakansiyalar üzrə işçi axtarışının həyata keçirilməsi; Namizədlərlə müsahibələrin təşkil olunması və ilkin dəyərləndirilmənin aparılması;
  • Yeni gələn işçilərin şəxsi işlərinin tamamlanması və saxlanılması;
  • ƏM xitam verilən işçilərin dövriyyə vərəqələrinin düzgün tamamlanmasına nəzarət olunması;
  • Əmrlərinin təsdiqə verilməsi və mühasibatlığa göndərilməsi;
  • İşçi heyətinin illik məzuniyyət qrafiklərinə əsasən vaxtlı-vaxtında məzuniyyətə buraxılmasının həyata keçirilməsini təmin edilməsi;
  • Əmək kitabçalarının qeydiyyatını aparıb, onların vaxtlı-vaxtında və əmək qanunvericiliyinin tələblərinə uyğun şəkildə doldurulmasını təmin olunması və əmək müqaviləsinə xitam verilən işçiyə təhvil verilməsi;
  • Xarici vətəndaşların iş və yaşayış icazələrinin alınması; Dövlət Miqrasiya Xidməti ilə bağlı bütün işlərin həyata keçirilməsi;
  • Birbaşa rəhbərinin tapşırıqlarının vaxtında və keyfiyyətlə yerinə yetirilməsi.

Vəzifə ilə bağlı tələblər:

  • Ali təhsili;
  • İnsan resursları üzrə 2 il iş təcrübəsi;
  • MS Office (xüsusilə MS Excel) üzrə biliklər;
  • 1C proqramı üzrə biliklər arzuolunandır.

İş şəraiti:

  • İş yeri : Abşeron Masazır-2 (https://lnkd.in/e5VvMejK)
  • İş saatı: 09:00-dan 18:00-dək;
  • İstirahət: Bazar günü;
  • Nahar şirkət tərəfindən verilir;
  • Korporativ nömrə verilir;
  • Əmək haqqı: Müsahibə əsasında müəyyən olunacaq.

Müraciət linki: https://shor.by/ZNYe 

Elanın bitmə tarixi: 04.05.2023