İnsan resursları üzrə bölmə rəisi/Biləsuvar

Azersun Holding

İnsan resursları üzrə bölmə rəisi/Biləsuvar

undefined 

 

Namizədə aid tələblər:

  • Ali təhsil;
  • Müvafiq sahə üzrə 3-5 il iş təcrübəsi;
  • Azərbaycan Respublikasının Əmək Məcəlləsi bilikləri
  • MS Office proqramlarının mükəmməl biliyi;
  • “ƏMAS - Əmək və Məşğulluq" altsistemi üzrə bilikləri;
  • İşgüzar, məsuliyyətli və analitik düşüncə tərzinə malik olmalı;
  • Görülən işlərlə bağlı hesabatlar təqdim etməli.

İş haqqında məlumat:

  • İR strategiyasının hazırlanması və hayata keçirilməsində iştirak etmək;
  • İşçi ehtiyacına olan tələbin müəyyənləşdirilməsi, yeni vakansiyalar üzrə işçi axtarışı, insan qaynaqlarının seçilməsi və yerləşdirilməsi üzrə işin təşkili;
  • İşə qəbul və oriyentasiya planının hazırlanması, işəqəbulun həyata keçirilməsi, plana uyğun olaraq yeni işçinin oriyentasiya olunması, sınaq müddətində izlənməsi işinin təşkili;
  • Yeni işə qəbul edilən işçilərə şirkətin prosedur qaydaları haqqında, vəzifə öhdəlikləri, struktur haqqında təlimatın verilməsi və işə başladılmasını həyata keçirir
  • Şirkət əməkdaşlarının aylıq əmək haqqının (məzuniyyət, xəstəlik vərəqəsi, əlavə iş saatı, mükafatlar) SAP proqramı üzərindən hesablanmasını və vaxtında ödənilməsini təmin etmək ;
  • Mükafatlandırma və motivasiya sisteminin qurulması və tətbiq olunması;
  • Əmək fəaliyyətinin qiymətləndirilməsi sisteminin qurulması və həyata keçirilməsi;
  • Əməkdaşların əmək fəaliyyətinin qiymətləndirilməsinin təşkil edilməsi və bu istiqamətdə yeni təkliflərin irəli sürülməsi; 
  • İşçi axınının səbəblərinin araşdırılması və aradan qaldırılması üçün tədbirlər planının işlənib hazırlanması və həyata keçirilməsi;
  • Kadr bazasının yaradılması və idarə edilməsi, içilər barədə hesabatların tərtib edilməsi, işçilərin şəxsi işlərinin formalaşdırılması və qeydiyyatının aparılması işinin təşkili;
  • Kadr işinin aparılması, əmrlərin və digər sənədləşmə işlərinin qanunvericiliyə uyğun tərtib edilməsinə nəzarət edilməsi; 
  • İşçilər tərəfindən daxili intizam qaydalarına əməl olunmasına nəzarətin həyata keçirilməsi;
  • Rəhbərliyə və dövlət orqanlarına aylıq, rüblük, yarımillik və illik hesabatların hazırlanması və təqdim olunması.

İş şərtləri:

  • Həftə içi 5 gün, 09:00-18:00 

İş yeri:

  • Biləsuvar rayonu. Digər bölgələrdən işçi alınacağı təqdirdə yaşayış yeri və gün ərzində 3 dəfə qidalanma şirkət tərəfindən qarşılanacaqdır.

Tələblərə cavab verdiyiniz təqdirdə CV-nizi [email protected] elektron poçtuna göndərə bilər və ya hr.azersun.com ünvanında qeydiyyatdan keçərək müraciət edə bilərsiniz.

Email-in mövzu hissəsində “İnsan resursları üzrə bölmə rəisi (Biləsuvar)” qeyd etməyiniz xahiş olunur.

Elanın bitmə tarixi: 24.12.2022