Aqrar İnnovasiya və Təchizat

İnsan Resursları üzrə assistent

500 AZN

My default image 

6 günlük iş qrafiki

Əmək haqqı 500 AZN  (net)

Tələblər:

  • Ali təhsil ;
  • Müvafiq sahədə minimum 1 il iş təcrübəsinə malik olmaq;
  • Kompüter bilikləri: MS Office(Excel və 1C biliyi mütləqdir);
  • Azərbaycan dilində səlis şifahi və yazılı ünsiyyət qurmaq bacarığı, ingilis dili və rus dili biliyi arzuolunandır;
  • Dəqiq nizam intizamlı,məsuliyyətli olmaq;
  • Operativ və gördüyü işə cavabdehlik;
  • Komandada və sərbəst işləmək bacarığı;

Əmək funksiyaları:

  • Azərbaycan Respublikasının Əmək Qanunvericiliyinə uyğun işçilərin qəbulu,başqa vəzifəyə keçirilməsi,işdən azad edilməsi və s. sənədlərin rəsmiləşdirilməsi;  
  • İşçilərin şəxsi işlərinin hazırlanması və lazımi sənədlərin toplanması;
  • Davamiyyətlərə nəzarəti həyata keçirtmək;
  • Məzuniyyət,ezamiyyət,işə qəbul, işdən azad olunmaya və digər kadr kargüzarlığına aid olan sənədləri hazırlayır,imzaya təqdim edir,qeydiyyata alır, imzalanmış sənədlərin vaxtında müvafiq struktur bölmələrə təqdim olunmasını təmin etmək;
  • Kadr sənədlərinin qovluqlara yığılması,qovluqlarda sənədlərin,o cümlədən işçilərin əmək kitabçalarının tam və səliqəli şəkildə saxlanılması üçün məsuliyyət daşımaq;
  • Əməkdaşlar üçün əmək haqqı kartları,sosial sığorta kartları,əmək kitabçalarının alınması üçün müvafiq qurumlara gedən sənədləri hazırlamaq;
  • İşçilərə verilən xəbərdarlıq məktublarını tərtib etmək;
  • İşçilərin icbari sığortasını təşkil etmək;
  • İR üzrə menecerin digər müvafiq tapşırıqlarını yerinə yetirilmək;

Qeyd: Yeni əməkdaş analıq məzuniyyətində olan işçinin yerinə axtarılır və müqavilə müddəti 30.09.2022-ci il tarixinə qədər olacaq.

Yuxarıda qeyd olunan tələbləri qarşılayan namizədlərdən müraciət üçün öz yenilənmiş CV-lərini [email protected] email adresinə mövzu hissəsində “İnsan Resursları üzrə Assistent” qeyd etməklə göndərmələri tələb olunur.

Yalnız minimum tələbləri qarşılayan namizədlərlə növbəti mərhələ üçün əlaqə saxlanılacaq.