Can-Pa

İnsan resursları mütəxəssisi

1000 - 1500 AZN

undefined 

Vəzifə öhdəlikləri:

  • Yeni kadrların aktiv şəkildə axtarılması və iş müsahibələrinin düzgün təşkilini həyata keçirdərək  uyğun namizədlərin müvafiq vakansiyalar üzrə işə cəlb edilməsi;   

  • Elektron imza ilə kadr kargüzarlığına aid hər bir əməliyyatın “Əmas və Məşğulluq” altsisteminə (ƏMAS) elektron hökumət protalına daxil olunmasını və dəyişikliklərin aparılmasını təmin etmək;

  • İşçilər barədə məlumat bazasının yaradılması, yenilik və dəyişikliklərin daxil edilməsi;

  • Məzuniyyət cədvəlini daimi nəzarətdə saxlamaq, işçilərin məzuniyyətlərini istifadə etməsini təmin etmək;

  • Xəstəlik vərəqələrinin doldurulması E-gov sistemində qeydiyyatının aparılması,

  • Əmək Məcəlləsi və müvafiq qanunvericiliklə bağlı rəhbərlərə və işçilərə məsləhətlərin verilməsi;

  • İşçilərin şəxsi işlərini hazırlayır və formalaşdırır, onlarda əmək fəaliyyəti ilə bağlı olan dəyişiklikləri qeyd edir;

  • Əmək qanunvericiliyinə, əsasnamə, təlimat və müəssisə rəhbərlərinin əmrlərinə müvafiq olaraq işçilərin işə qəbul edilməsi, vəzifə dəyişikliyi, ezamiyyət, məzuniyyət və işdən azad olunmalarını rəsmiləşdirir;

  • Kadr axınının səbəblərini öyrənilməsində və onların aradan qaldırılması tədbirlərinin işlənib hazırlanmasında iştirak edir;

  • Qanunvericiliklə üzərinə düşən vəzifələri vaxtında yerinə yetirmək;

Məlumat:

  • İş rejimi: 5 günlük; 09:00 – 18:00

  • Nahar şirkət tərəfindən təmin olunur

  • Əmək haqqı: 1000-1500 AZN (namizədin bilik və bacarığına əsasən təyin ediləcək)

  • İş yeri: Hökməli qəs, Şamaxı şos.14-cü km.

  • Qeyd: Şirkətə yaxın ərazidə yaşayan namizədlərə üstünlük veriləcək.

Namizədə tələblər:

  • İş təcrübəsi: İnsan Resursları üzrə minumum 3 il iş təcrübəsi.

  • Təhsil: Ali təhsil

  • Cins: Xanım və bəy namizədlər

  • Üstünlüklər: İnsan Resurslarının rəsmi qanunvericiliklə yanaşı strateji tərəfində də təcrübəsi olması əlavə üstünlükdür;

  • Əmək qanunvericiliyi və Kadr Kargüzarlığı üzrə sertifikatının olması vacibdir;

  • Kompüter bilikləri: Ms-Office proqramları (Ms excel irəli səviyyədə).

  • Fərdi keyfiyyət tələbləri: Yaradıcı, yenilikçi və inkişafa açıq, yüksək ünsiyyət bacarığı və təqdimetmə bacarığı, Məlumatı toplamaq və təhlil etmək bacarığı, Məntiqli düşünmə və problemləri araşdırma bacarığı, komanda ilə işləyə bilmək, aktiv öyrənmə bacarığı (özünütəkmilləşdirmə), məsuliyyətlilik.

Vakansiya üçün müraciət qaydası: CV-lər “İnsan Resursları Mütəxəssisi” mövzusu ilə [email protected] elektron ünvanına göndərilməlidir.

Elanın bitmə tarixi: 06.12.2023