İnsan Resursları İnformasiya Sistemləri (İRİS) üzrə Layihə Rəhbəri
Azercell
İnsan Resursları İnformasiya Sistemləri (İRİS) üzrə Layihə Rəhbəri
Vakansiyanın təsviri:
Layihə idarəetmə: Sistemlərin yenilənməsi, tətbiqi, inteqrasiyası və proseslərin təkmilləşdirilməsi daxil olmaqla İRİS ilə əlaqəli layihələrin idarə edilməsi.
İR Departamentinin əməliyyatlarını dəstəkləmək üçün nəzərdə tutulmuş texniki həllərin ümumi strategiyası, planlaşdırılması, tətbiqi, koordinasiyası və dəstək etdirilməsində iştirak.
İRİS çərçivəsində məlumatların dəqiq şəkildə toplanması, tətbiqi, inteqrasiyası və saxlanılmasını təmin etmək üçün İR və İT departamentlərinin heyət üzvləri ilə əməkdaşlıq.
İR proseslərinin optimallaşdırılması: İR proseslərini başa düşmək və İRİS imkanlarını istifadə etməklə proseslərin təkmilləşdirilməsi və avtomatlaşdırılması imkanlarını müəyyən edilməsi.
Dəyişikliklərin idarə edilməsi: Dəyişiklikləri effektiv şəkildə idarə etmək və İR işçi heyətləri və digər tərəflər arasında yeni İRİS sistemlərinin və analitik təşəbbüslərin qəbulununun təşviq edilməsi.
İR-nin funksional sahələri və proseslərini biznes məqsədlərinə uyğunlaşdırmaq və strateji tövsiyələrin verilməsi.
Təchizatçıların (vendor) idarə olunması: Yeni həllərin qiymətləndirilməsi də daxil olmaqla İRİS təchizatçıları ilə münasibətlərin idarə edilməsi.
Xüsusi tələblər:
Tələblər: İR, İnformasiya Sistemləri və ya əlaqəli sahədə bakalavr və ya magistr dərəcəsi;
İRİS sistem həlləri arxitekturası, tətbiqi və dəstək sahələrində 7+ illik iş təcrübəsi;
İRİS üzrə layihə rəhbəri kimi 3+ illik iş təcrübəsi.
İdarəetmə və ya liderlik vəzifələrində İRİS üzrə uyğun təcrübə;
SAP və SuccessFactors İRİS sistemləri üzrə dərin biliklər;
Mükəmməl analitik və problem həlletmə bacarıqları;
Güclü ünsiyyət və danışıqların aparılması bacarıqları;
Detallara diqqət və məlumatların dəqiqliyi və bütövlüyünə zəmanət;
Çox funksional qruplarda birgə işləmək və eyni vaxtda bir neçə layihəni idarə etmək bacarığı.