Müvafiq sahə üzrə ali təhsil (İnsan resursları, İqtisadiyyat, Beynəlxalq ələqalər, Menecment istiqamətləri üzrə təhsil);
İnsan resursları sahəsi üzrə minimum 3 il iş təcrübəsi;
Əmək məcəlləsini yaxşı səviyyədə bilməli;
AR qanunvericilik aktlarını və normativ hüquqi sənədləri bilməli;
Office proqramlarını yüksək səviyyədə bilməli;
Yüksək ünsiyyət qabiliyyəti;
Komandada işləmə, təşkilatçılıq bacarığı;
İşgüzar, məsuliyyətli və analitik düşüncə tərzi;
Yaş həddi: 25-40.
İş barədə məlumat:
Vakansiyalarla bağlı iş elanlarını hazırlayıb yerləşdirmək, CV-ləri təhlil etmək, məlumat bazasında qeydləri aparmaq;
Vakansiyalar üzrə uyğun namizədlərin seçilməsi, ilkin müsahibələrin təşkili və keçirilməsi;
İşçilərin işə qəbul və yerləşdirmə prosesini təşkil etmək;
Əmək qanunvericililiyinə əsasən işçilərin işə qəbulu, işdən azad edilməsi, əmək müqavilələrinin hazırlanması, məlumatların ƏMAS altsisteminə daxil edilməsi;
Yeni işə qəbul edilən işçilərə şirkətin prosedur qaydaları haqqında, vəzifə öhdəlikləri, struktur haqqında təlimatın verilməsi;
Şəxsi işlərin qaydasında olmasına və lazımı sənədlərin müntəzəm yenilənməsinə nəzarət etmək;
Əmək kitabçalarında müvafiq qeydlər aparmaq;
İllik məzuniyyət qrafiklərini tərtib etmək, işçilərə məzuniyyətlərin verilməsinin uçotunu aparmaq, verilən məzuniyyətlərin cədvəl üzrə istifadə edilməsinə nəzarət etmək;
Mükafatlandırma və motivasiya sisteminin qurulması və tətbiq olunması;
İnsan resursları əməliyyatlarına aid olan bütün prosedur və sənədləşmə işlərinin aparılması.
Əmək haqqı: 1000 AZN;
İş qrafiki: Həftə içi 5 gün (şənbə-bazar istirahət);
İş saatı: 08:00-17:00;
Nahar şirkət tərəfindən təmin edilir;
Servis xidməti mövcuddur.
İş yeri: Balaxanı Sənaye Parkı.
Uyğun namizədlərdən öz CV-lərini “HR Menecer” başlığı altında [email protected] email ünvanına göndərmələri xahiş olunur.